17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Naxçıvanın tarixi-mədəni irsi və turizm imkanları “Yevronyus” telekanalında - VİDEO
Dünyaca məşhur “Yevronyus” telekanalı Naxçıvanın tarixi-mədəni irsini və turizm imkanlarını əks etdirən tanıtım videosüjetlərinin yayımına başlayıb.
İlk reportaj XII əsrin yadigarı, dünya mədəniyyətinin incisi olan Mömünə Xatın türbəsindən təqdim edilib. Reportaj “Mömünə Xatın türbəsi-memarlıq xəzinəsi” adlanır.
“Yevronyus” əməkdaşları Qalina Polonskaya və Pol Tunin ötən ay Naxçıvana səfər edərək bu qədim diyarda çəkilişlər aparıblar. 12 xarici dildə yayım aparan və dünyada milyonlarla izləyicisi olan “Yevronyus” ilk reportajını Mömünə Xatın türbəsinə həsr edib. Dron videokamera vasitəsilə çəkilişləri aparılan abidə barədə məlumatı AMEA-nın müxbir üzvü, tarixçi alim Fəxrəddin Səfərli verir.
Reportajda memar Əcəmi Naxçıvaninin şah əsəri olan Mömünə Xatın dünyanın nadir mədəniyyət incisi və anaya, qadına verilən yüksək qiymətin ifadəsi kimi dəyərləndirilir. Naxçıvanın rəmzi sayılan abidəni hər il minlərlə turistin ziyarət etdiyi qeyd olunur. Bildirilir ki, Əcəmi bu sənət əsərində onlarla müxtəlif milli naxış elementlərindən istifadə edərək cansız daşlara ruh vermişdir.
Qeyd edək ki, Mömünə Xatınla bağlı reportaj bu həftə ərzində gündə 3 dəfə “Yevronyus”un tamaşaçılarına təqdim olunacaq.
Emtv.az naxcivantv.az-a istinadən videomaterialı təqdim edir:
Emtv.az