SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Gömrükdə brilyant ƏMƏLİYYATI - VİDEO/FOTO

8-05-2018, 10:49 | Oxunub: 7 564 |

Gömrükdə brilyant ƏMƏLİYYATI - VİDEO/FOTO
Gömrük əməkdaşları külli miqdarda brilyant qaşların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb.

Vətəndaş gömrük nəzarəti zonasına daxil olarkən, qanunvericiliklə müəyyən edilən hədlərdən artıq olan malları gömrük nəzarətinə təqdim etməyib, elektron və ya yazılı formada bəyan etməyib.

Sözügedən şəxs malları "yaşıl dəhliz" buraxılış sistemindən istifadə etməklə gömrük sərhədindən keçirmək istəyərkən gömrük əməkdaşı tərəfindən saxlanılıb və "qırmızı dəhlizə" yönləndirilib.

Vətəndaşın çamadanına rentgen aparatı ilə baxış zamanı monitorda əks olunan təsvirlərə əsasən, çamadandakı 1 cüt ayaqqabının hər tayının uc hissəsində gömrük nəzarətindən gizlədilmiş malların olması barədə əsaslı şübhələr yaranıb.

Bundan sonra, şəxsi əşyaların arasında olan 1 cüt kişi ayaqqabısı çamadandan çıxarılıb və hər tayının daxilində həqiqətən polietilen bükümlər gizlədildiyi müəyyən edilib. Daha sonra vətəndaş yoxlama otağına dəvət olunub.

Nəticədə, çamadanda olan 1 cüt kişi ayaqqabısının hər tayının uc hissəsinə qoyularaq, gömrük nəzarətindən gizlədilmiş cəmi 26 ədəd bükümdə müxtəlif həcmli və formalı qaşlar aşkarlanıb.

Ekspert arayışına əsasən, aşkar edilən predmetlər ümumi kütləsi 1886,87 karat (377,374 qram) olan brilyant qaşlardır.

Faktla bağlı araşdırma aparılır.



Gömrükdə brilyant ƏMƏLİYYATI - VİDEO/FOTO


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR