SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Heydər Əsədova görə oliqarxlar NARAHATDIR - zəbt etdikləri torpaqlar geri alınacaq

7-05-2018, 14:00 | Oxunub: 11 722 |

Heydər Əsədova görə oliqarxlar NARAHATDIR - zəbt etdikləri torpaqlar geri alınacaq
Deyəsən Heydər Əsədovun Kənd Təsərrüfatı Nazirliyindən çıxarılması ilə oliqarxların ələ keçirdiyi əkinə yararlı torpaqların geri alınması da gerçəkləşəcək.

Emtv.az modern.az-a istinadən xəbər verir ki, nazir postuna təyinat almış İnam Kərimov bu istiqamətdə araşdırmalara başlanması üçün göstəriş verib. Hətta İ.Kərimovun mayın 4-də bölgələrə səfəri zamanı qeyd olunan məsələləri diqqətdə saxladığı bildirilir. Nazirin bu göstərişlərindən qorxuya düşən bəzi oliqarxların canına vəlvələ düşdüyü gələn məlumatlar sırasındadır.


Qeyd edək ki, bir sıra rayonlarda 1000 hektarlarla əkinə yararlı sahələr, örüş yerləri illərdir hasarlanıb və toxunulmaz ərazilər kimi zənginlərin mülkiyyətində saxlanılır. Kənd təsərrüfatı üçün yararlı sahələrin məmur-oliqarxlar tərəfindən zəbt edildiyi uzun illərdir heç kimə sirr deyil. Bu faktlar eks-nazir Heydər Əsədova da sirr deyildi, amma nədənsə problemin çözülməsi hansısa səbəblərdən uzadılırdı...

Hətta dövlət başçısı da zamanında əkinə yararlı torpaqların oliqarxlar tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi:

"Mən bu torpaqlarla bağlı məruzənin hazırlanmasını tapşırmışam. Bəzi hallarda həmin torpaqlar yüksək vəzifəli məmurlara aiddir və məndə onların adları var. Yaxın vaxtlarda həmin məsələ ilə bağlı tədbirlər görüləcək və istifadə edilməyən torpaqlar geri alınaraq, kənd təsərrüfatında istifadəyə yönəldiləcək. Ölkədə kənd təsərrüfatı əhəmiyyətli istifadəsiz torpaq qalmamalıdır”.

Ölkə rəhbəri 2016-cı ildə Sabirabadda keçirilmiş müşavirədə də bu barədə daha sərt danışmışdı. Dövlət başçısı demişdi ki, böyük torpaq sahələri daha da səmərəli şəkildə dövriyyəyə buraxılacaq: "Ona görə bu il çox ciddi təftiş aparılır. Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir... Bir qarış torpaq belə boş qalmamalıdır”.

Ölkə başçısının həmin tapşırıqlarından sonra Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi məsələnin həllinə dair birgə fəaliyyət göstərəcəklərini açıqlasalar da, indiyədək bir nəticə hasil olmayıb...


Xəzər dənizinin sahili və rayonlardakı əkinə yararlı torpaqlar "kiçik padşahlar”ın toxunulmaz mülkiyyəti olaraq qalmaqdadır. Amma nə vaxtadək?...

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR