17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan İnşaat Materialları İstehsalı Kompleksi öz məhsullarının tanıtımını keçirib
Emtv.az-ın azərtac-a istinadən məlumatına görə, Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə kompleksin direktoru Mikayıl Cəfərov bildirib ki, inşaat materialları istehsalı kompleksi 2015-ci ildə istifadəyə verilib.
Kompleks özündə 4 zavodu birləşdirir. Bunlar gips, gips lövhələr, əhəng və məsaməli beton istehsal edən zavodlardır. Müasir avadanlıqların quraşdırıldığı zavodlarda istehsal prosesini avtomatik idarəetmə və təhlükəzisliyə videonəzarət sistemləri yaradılıb. Kompleksin istifadəyə verilməsində məqsəd muxtar respublikada müvafiq tikinti materiallarına tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etməkdir. Daxili tələbatın ödənilməsi ilə yanaşı, yerli inşaat materiallarının ixracına da imkan yaranıb. O, istehsalçı ilə istehlakçı arasında sıx əlaqələrin vacibliyini vurğulayıb.
Naxçıvan İnşaat Materialları İstehsalı Kompleksinin məhsullarının xarici ölkələrə ixrac olunması üçün mənşə seftikatı verilib. Burada istehsal edilən məsaməli beton, sönmüş və sönməmiş əhəng, üzlük suvaq gipsi, astar suvaq gipsi, kartonpier gipsi və alçıpan məhsulları ən son və standartlara uyğun texnoloji avadanlıqlarla istehsal olunur. Məhsulların keyfiyyəti, sərtliyi, dayanıqlığı, bir sözlə, bütün göstəriciləri labaratoriyada testdən keşirilir.
Kənar qatqılardan, kimyəvi birləşmələrdən uzaq yerli xammal əsasında hazırlanan bu məhsullar bütün inşaat sektorunda çalışanlar üçün çox sərfəlidir.
Sonda Naxçıvan İnşaat Materialları İstehsalı Kompleksinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib və kompleksdə istehsal olunan məhsullara baxış olub.