17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Milli Məclisin daha bir neçə deputatına yüksək vəzifə verilə bilər – Onlar kimlərdir…
Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib.
Hazırda hökumətə rəhbərlik edən Baş nazir Novruz Məmmədovun 4 müavini var: Baş nazirin birinci müavini Yaqub Eyyubov; baş nazirin müavinləri Əli Əhmədov, Əli Həsənov və Hacıbala Abutalıbov.
Yeri gəlmişkən, hökumətin əvvəlki tərkibində Baş nazirin 6 müavini vardı: birinci müavin Yaqub Eyyubov, müavinlər Əli Əhmədov, Əli Həsənov, İsmət Abasov, Abid Şərifov, Elçin Əfəndiyev.
İndi isə yenilənmiş tərkibdə 2 müavin postu boş qalıb. Bəzi məlumatlara görə, baş nazirin müavinləri ixtisar olunub, digər xəbərlərə görə isə əksinə, iki yeni təyinat da gerşəkləşə bilər.
Qeyd edək ki, Nazirlər Kabinetinin tərkibinə daxil olan Milli Arxiv İdarəsinin rəisi və Prezidentin sərəncamı ilə yeni yaradılan iki qurumun – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Əqli Mülkiyyət Agentliyinin sədri postlarına da yeni təyinatlar olacaq.
Mətbuata daxil olan məlumata görə, boş qalan vəzifələrə təyinat zamanı yenidən Milli Məclisin deputatlarından istifadə oluna bilər. Yəni, daha bir neçə millət vəkilinin yeni vəzifəyə təyinatına şahidlik edə bilərik.