17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Nazirin müavinləri vəzifəsini onlar icra edəcək - SİYAHI
Azərbaycan mədəniyyət nazirinin müavinləri vəzifəsini müvəqqəti icra edən şəxslər məlum olub.
Emtv.az xəbər verir ki, nazirlikdən report-un sorğusuna cavab olaraq bildirilib ki, yeni təyinatlar olana qədər nazir müavinləri və digər əməkdaşlar öz vəzifələrini icra edəcəklər.
Vurğulanıb ki, Mədəniyyət Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi kimi fəaliyyət göstərdiyi dövrdə nazirin dörd müavini olub. Bunlar nazirin birinci müavini Vaqif Əliyev, nazir müavinləri Ədalət Vəliyev, Nazim Səmədov, Sevda Məmmədəliyevadır. Onlar hazırda vəzifələrini müvəqqəti icra edirlər.
Bundan başqa, nazirliyin digər strukturlarının rəhbərləri də əvvəlki vəzifələrini müvəqqəti yerinə yetirirlər.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 20-də "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamala Mədəniyyət və Turizm Nazirliyi ləğv olunub, nazirliyin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.
Dövlət başçısının aprelin 23-də imzaladığı sərəncamla əvvəllər mədəniyyət və turizm naziri vəzifəsini tutan Əbülfəs Qarayev mədəniyyət naziri təyin olunub.
Emtv.az