16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
19:29 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR
20:50 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar
20:41 - "Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar
20:32 - Regionlarda “Azərbaycan Sosial Dovlətə Doğru” Layihəsinin İctimai Müzakirəsi Davam Edi-Fotolar
20:12 - Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı - Fotolar
Ramiz Mehdiyev: “Prezidentin sosial sahəyə xüsusi diqqət və qayğısı nəticəsində əhalinin sosial müdafiəsi gücləndirilib”
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılıb”.
Bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Rafiq oğlu Babayevi nazirliyin kollektivinə təqdim edərkən çıxışında bildirib.
O, əmək resurslarının səmərəli məşğulluğunun təminatının, aktiv məşğulluq proqramlarının genişləndirilməsinin, əmək bazarının tənzimlənməsinin də ölkədə aparılan sosial-iqtisadi siyasətin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb.
R.Mehdiyev dövlət başçısı tərəfindən əmək və sosial müdafiə sahəsində qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.
R.Mehdiyev Sahil Babayevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib.
Emtv.az