20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
19:29 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR
20:50 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar
20:41 - "Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
Avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilən tapşırıqların icrası müzakirə olunub.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov bildirib ki, payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı tədbirlər planı hazırlanıb və aidiyyatı qurumların bu sahədə fəaliyyətləri müəyyənləşdirilib.
Sonra Nazirliyin Sosial Təminat və Əlillərin Sosial Müdafiəsi Şöbəsinin müdiri Elçin Novruzov, Dövlət Məşğulluq Xidmətinin rəisi Vüsal Süleymanlı, Dövlət Tibbi Sosial Ekspertiza və Rebilitasiya Xidmətinin rəisi Samir Seyidov və Ahıllar Evinin direktoru Ülviyyə Quliyeva payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər.
Emtv.az