20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
19:29 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR
20:50 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar
20:41 - "Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar
Nazir: İşsizlik müavinəti sistemi avtomatlaşdırılacaq
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinin elektron müstəvidə şəffaflaşdırılması istiqamətində aparılan islahatların növbəti mərhələsi kimi, nazirliyin digər fəaliyyət sahəsinin - məşğulluq xidmətləri və işsizlik müavinəti sisteminin də avtomatlaşdırılması işləri aparılır”.
Bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuatda dərc edilmiş “Vətəndaşın rifahını iqtisadi tərəqqinin əsas məqsədinə çevirən sosial inkişaf doktrinası” adlı məqaləsində bildirib.
Nazir qeyd edib ki, artıq bu işlər yekunlaşmaqdadır:
“Yeni elektron sistem işsiz və işaxtaran vətəndaşların münasib iş yeri ilə təminatı və əmək bazarında işçi qüvvəsinə tələbin ödənilməsi işinin daha səmərəli və çevik təşkilinə imkan yaradacaq”.
S.Müslümov diqqətə çatdırıb ki, ümumilikdə, nazirliyin digər fəaliyyət sahələrində olduğu kimi, əhaliyə məşğulluq xidmətlərinin də müasir əsaslar üzərində və daha səmərəli təşkili yönündə cari il ərzində lazımi tədbirlərin görülməsi təmin ediləcək.
Emtv.az