SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

AZƏRBAYCANDA İŞSİZLİYƏ GÖRƏ MÜAVİNƏT ARTIRILDI

21-01-2016, 10:35 | Oxunub: 9 977 |

AZƏRBAYCANDA İŞSİZLİYƏ GÖRƏ MÜAVİNƏT ARTIRILDI
“Bu günlərdə Nazirlər Kabineti dəyişiklik edəcək”.
Azərbaycanda işsizliyə görə müavinətin məbləği artırılacaq.

"EMTV.az" xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S.Müslümov bildirib ki, bütün işləyən insanlar öz əmək müqavilələrini qeydiyyatdan keçirməli və sosial sığorta haqları ödəməlidirlər:

“Bu hallar varsa, həmin insanlar, demək olar ki, öz iş yerlərini itirməkdən sığortalanıblar. Dövlətin “Məcburi sosial sığorta haqqında” qanunu var.

Bu qanuna görə, işsiz olma sosial sığorta hallarından biri sayılır. Düzdür, bu gün Azərbaycanda işsiz olmaq üçün ayrıca sosial sığorta tarifi yoxdur. Buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcə vəsaitləri içərisində bu məqsəd üçün vəsait nəzərdə tutulub.

Nazirliyin yanında Dövlət Məşğulluq Xidmətinin bütün rayonlarda mərkəzləri var. Əgər bütün işsiz olanların əmək müqavilələri qeydiyyatdan keçib və məcburi sosial sığorta haqları ödənilibsə, onlar son 12 ayda əldə etdikləri orta aylıq əmək haqqının 70%-i qədər 6 ay ərzində işsizlik müavinəti almaq hüququna malikdir”.

Nazir qeyd edib ki, 2015-ci ildə işsizlik müavinətinin orta aylıq məbləği təqribən 252 manat təşkil edib:

“Bu məbləğ niyə aşağı görünür? Çünki, xeyli insan var ki, onların əvvəlki 12 ay ərzində əmək haqqı olmayıb. Bu zaman onlara minimum məbləğdə işsizlik müavinət verilib. Bu gün bu, 55 manatla ölçülür. Cənab prezidentin işsizliklə bağlı müavinətin artırılması ilə bağlı tapşırığı var. Bu günlərdə Nazirlər Kabineti dəyişiklik edəcək. Məndə olan məlumata görə, bu məbləğ 30-40% artırıla bilər (71-77 manat – red.)”.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR