18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Şərurda qanvermə aksiyası keçrilib
Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən verilən məlumata görə aprelin 17-də Şərur Rayon Mərkəzi Xəstəxanasında keçirilən qanvermə aksiyası Ümumdünya Hemofiliya Günü münasibətilə keçirilib.
Tədbirdə bildirilib ki, hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasının Hematoloji şöbəsində 69 nəfər hemofiliyalı, 35 nəfər talassemiyalı xəstə qeydiyyatdadır. Müəssisədə Qan bankı yaradlıb və Hematransfuzioloji briqada fəaliyyətə başlayıb. Bu isə qan köçürülməsinə ehtyacı olan , o cümlədən hemofiliyalı və talassemiyalı xəstələrə göstərilən tibbi xidməti xeyli yüksəldib. Hazırda ehtiyacı olan xəstələr üçün Qan bankının xidmətlərindən geniş istifadə edilir.
Sonra səhiyyə işçilərindən “Çoxlarının həyatının xilası sənin qanının təhlükəsizliyindədir” devizi altında qan götürülüb. Bir neçə saat davam edən könüllü qanvermə aksiyasında 11 litr qan toplanaraq Qan bankına təhvil verilib. Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb.
Qeyd edək ki, 17 aprel Hemofiliya Gününü Azərbaycanla bərabər dünyanın 115 ölkəsi də qeyd edir. Məqsəd ictimaiyyətin diqqətini hemofiliyalı xəstələrin problemlərinə cəlb etməkdir.
Emtv.az