18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Aşura günü 1863,3 litr qan toplandı
Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyalarında 1863,3 litr qan tədarük olunub.
Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Bakı şəhərinin 9 regionların isə 6 məsciddə keçirilib. Əvvəlki illərdən fərgli olaraq bu il əlavə Quba və Şirvan Qan bankı bölmələribə könüllü aksiyalar təşkil olunub.
"Mir-Mövsüm ağa", "Təzə pir", "Bibi-Heybət", "Cümə", "Qaraçuxur", " Hacı Soltan-Əli" Keşlə qəsəbə məscidləri, Hacı Əjdər məscidi, Nardaran məscidi, Sumqayıt şəhər Cümə məscidi, Mingəçevir şəhər Heydər məscidi, Şəki şəhər məscidi, Gəncə şəhər İmamzadə məscidi, Bərdə şəhər Cümə məscidi, Lənkəran şəhər Böyükbazar məscidi, MQB-nın Şirvan bölməsi, MQB-nın Quba bölməsi. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda qanvermə aksiyaları keçirilib. Saat 9:00-dan 18.00-a kimi aksiyalarda 4141 nəfər könüllü olaraq qan verib ki, nəticədə 1863,3 litr qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Könüllü qanvermə aksiyaları Məhərrəmlik ayı boyunca davam edəcək.