18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı açıqlanıb.
Azərbaycanda Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı açıqlanıb.
Emtv.az-ın trend-ə istinadən xəbərinə görə, qanvermə ölkə üzrə Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankından başqa, 14 məsciddə təşkil olunacaq.
Qanvermə aksiyalarının təşkil olunacağı məscidlərin 8-i Bakıda, 6-sı isə digər rayon və şəhərlərdə yerləşir.
Aksiyalar Bakıda Mərkəzi Qan Bankında, Yasamal rayonunda “Təzəpir” məscidi və “Hacı Soltanəli” məscidləri, Səbayel rayonunda “Bibiheybət” və İçərişəhər “Cümə” məscidləri, Suraxanı rayonu “Qaraçuxur” qəsəbə məscidi, Xəzər rayonu “Mirmövsüm ağa” ziyarətgah-məscidi, Nizami rayonu “Keşlə” qəsəbə məscidi, Nəsimi rayonu Əjdərbəy” məscidində təşkil olunacaq.
Bununla yanaşı, Sumqayıtda “Cümə” məscidi, Gəncədə “İmamzadə” ziyarətgah-məscidi, Mingəçevirdə “Heydər” məscidi, Şəkidə “Çümə” məscidi, Lənkəranda “Böyük Bazar” məscidi, Bərdədə “Cümə” məscidində də qanvermə aksiyası keçiriləcək.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliya və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, Azərbaycanda Məhərəmmlik ayı oktyabrın 3-dən başlayıb və sabah Aşura günüdür.