SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda prokurorluq orqanlarının əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

17-08-2017, 11:17 | Oxunub: 7 978 |

Naxçıvanda prokurorluq orqanlarının əməkdaşları qanvermə aksiyasında iştirak ediblər
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunmaq üçün qanvermə aksiyalarının təşkilini davam etdirir.

Muxtar Respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, növbəti belə nəcib və humanitar aksiya Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş tutub. Əsaslı təmir və yenidənqurma işlərindən sonra burada keçirilən ilk qanvermə aksiyasında Naxçıvan Muxtar Respublika prokurorluq orqanlarının əməkdaşları iştirak ediblər.

Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib. “Qan ver, yaşat” devizi altında keçirilən qanvermə aksiyasında Naxçıvan Muxtar Respublika prokurorunun köməkçisi Emil Abdullayev bildirib ki, başqalarının yaşaması üçün imkanımız daxilində olanı, əlimizdən gələni etmək həyatda ən vacib və gərəkli əməllərdən biridir. İnsan ən böyük məmnunluq hissini qan verməklə hansısa xəstənin yaşamasına dayaq durmaqda tapır. Bu il ikinci dəfədir ki, könüllü olaraq qan verirəm.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun müraciətlərə baxılması şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Pərvanə Hüseynova da qan verməklə çox böyük mənəvi rahatlıq hissi keçirdiyini vurğulayıb. O deyib ki, əgər, sənin verdiyin qan kimisə həyata qovuşdurur, kiminsə qəlbində sevinc, üzündə təbəssüm yaradırsa, onda insan fərəh hissi keçirir. Bundan savab nə ola bilər? Yaşayırsan və kiminsə yaşaması üçün yardımçı olursan. Qan vermək donorun özü üçün də sağlamlıqdır. Ona görə mən də həmişə ətrafımda olanlar arasında bunu təbliğ edir və onları donor mədəniyyətinə yiyələnməyə çağırıram.


Donorların müayinəsini və qan götürülməsini həyata keçirən Mərkəzi Qan Bankı şöbəsinin müdiri Məmmədəli Həsənov isə ölkəmizdə qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən danışıb.


Bir neçə saat davam edən aksiyada prokurorluq orqanlarının 27 əməkdaşı könüllü olaraq qan verib. Onlardan götürülən 13,5 litr qan Mərkəzi Qan Bankına təhvil verilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR