SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

160 il yaşadı, 10 padşah, 28 baş vəzir gördü – Türkiyə tarixinin ən uzunömürlü adamı (Foto)

29-03-2018, 15:15 | Oxunub: 10 915 |

160 il yaşadı, 10 padşah, 28 baş vəzir gördü – Türkiyə tarixinin ən uzunömürlü adamı (Foto)

Dünyanın ən uzunömürlü şəxslərindən biri də 1977-ci ildə doğulub 1934-cü ildə vəfat edən Zaro Ağa olub.

Emtv.az xəbər verir ki, 160 illik ömrü ərzində bu adam 10 Osmanlı padşahı, 28 sədrəzəm (baş vəzir, baş nazir) görüb. Zaro Ağa anadan olanda Osmanlı imperiyasının taxtında I Əbdülhəmid oturmuşdu. Gənclik illərində İstanbula köç edəndə isə taxtda oturan padşah III Səlim idi.

Bəzi mənbələrə görə, Zaro Ağa 1774-cü ildə, digər mənbələrə görə 1777-ci ildə Bitlisdə anadan olub. Ölüm tarixi isə 29 iyun 1934-cü il İstanbulda qeydə alınıb.

Qərb dünyasının marağına səbəb olan və düz 160 il yaşayan cənub-şərqi Türkiyənin hamballarının əfsanəvi lideri Zaro Ağa dünyanın ən uzunömürlü insanlarından biri sayılır.1774-1934-cü illər arası yaşayan Zaro Ağa 18-ci əsrin sonlarında Bitlisin Merment kəndindən İstanbula gəlir. Səlimiyə kazarması, Dolmabaxça sarayı, Ortaköy və Topxana məscidinin inşaatında işlədikdən sonra yurduna qayıdır.

Pul qazanmaq üçün yenidən İstanbula gedən Zaro Ağanın iri, güclü, qüvvətli vücudu sarayın diqqətini çəkər və o, hərbi xidmətini sarayda çəkməyə başlar.

Rusiya ilə müharibədən yurduna qayıdan Ağa mənsub olduğu Şərif Mirzə əşirəti ilə birlikdə müharibədə iştirak edir və bu müharibədə ayağından yaralanır.

Gömrüklərdə hamballıq edən Zaro Ağa qısa vaxt ərzində bu işdə özünü təsdiq edir və hambalların briqadiri olur. 20 il işləyib Hamballar Təşkilatını qurar.

Yediyi yeməyin ən çox yarma və qatıq olduğu iddia edilən Zaro Ağanın həyat hekayəsi İstanbulda dastana çevrilib. İstanbulda Topxana səmtində sadə həyat tərzi keçirən Ağanın şam yeməyində sadəcə qatıq və çörəklə ayranın olduğu deyilir.

Təkcə doğulduğu yerdə 7 dəfə evlənən Zaro Ağanın ümumilikdə neçə dəfə evləndiyi məlum deyil. Bəzi mənbələrə görə 13, digər mənbələrə görə 17, bəzilərinə görə isə 29 dəfə evlənib.

Emtv.az
160 il yaşadı, 10 padşah, 28 baş vəzir gördü – Türkiyə tarixinin ən uzunömürlü adamı (Foto)

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR