SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Osmanlıda Naxçıvanı tanıdan Murad ağa Şeştari barədə

26-10-2016, 08:51 | Oxunub: 7 060 |

Osmanlıda Naxçıvanı tanıdan Murad ağa Şeştari barədəAzərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası özünün tarixi, adət-ənənələri, coğrafi mövqeyi, mədəniyyət abidələri ilə seçilən bir məkandır. Qədim sivilizasiyaya və müasir mədəni inkişafa malik olan Naxçıvan daha parlaq gələcəyə doğru qəti addımlarla irəliləyir.

Qədim dövrdən etibarən Naxçıvan həm də bu torpaqda doğulan, boya-başa çatan görkəmli simaların vətəni olması ilə dünyanın diqqət mərkəzində qalmağı bacarıb. Bu yazımızda sizə belələrindən biri – məşhur musiqişünas Murad ağa haqqında danışacağıq.

Murad ağa kimdir?

Onun haqqında “Naxçıvan Ensiklo­pediyası”nda çox az məlumat yer alıb. Və bu məlumatlardan yola çıxaraq Murad ağa haqqında araşdırmalar apardıq. Bir çox mənbəyə, elektron kitabxanaya müraciət etdik.

Öyrəndik ki, Murad ağa 1019-cu ildə (1610-cu il) anadan olub. Əslən naxçıvanlıdır. Sultan IV Muradın Rəvan səfərindən sonra İstanbula gətirdiyi on iki sənətkar arasında yer alan Murad ağa sazəndə qrupunun iki xanəndəsindən biri olub. Övliya Çələbi onun carta (çartar), Behcət Hüseyn sestak, Əsəd Əfəndi şeştar çaldığından bəhs edirlər. Onun şeştar ustası olması musiqişünaslar arasında Şeştari Murad ağa olaraq tanınmasına gətirib çıxarıb. Qeyd edək ki, şeştar türklər və digər müsəlman xalqları tərəfindən istifadə edilən və yerini tambura əmanət etmiş olan telli çalğı alətidir.

Murad ağa həm də şair idi…

Murad ağanın şöhrətinin ən parlaq dövrü IV Murad ilə (1623-1640) IV Məmməd (1648-1687) dövrləri arasında olub. İstanbula gəldikdən sonra Beşiktaş tərəfdə yaşayan və daha sonra burada vəfat edən məşhur musiqişünasın haqqında Hezargradlı Hüseyn Behcət deyib: “İtdi ahəngi-i pis hayf bem-i saz-ı Murad”.
Behcətin “Tarix” mənzuməsində Murad ağanın şairliyindən də bəhs edilib.
Murad ağanın təbii səs gözəlliyindən başqa, mükəmməl şeştar ifa etməsi də məşhur olub. Xüsusilə bəstələdiyi əsərlərlə dövrün tanınmış musiqişünasları arasında yer almağı bacarıb.
Mənbələrdə qeyd olunur ki, Murad ağa musiqiyə aid ilk dərsləri elə doğulduğu torpaqda, Naxçıvanda almağa başlayıb. Sonralar bu təhsilini İstanbulda müxtəlif müəllimlərdən alıb, öyrəndikləri ilə ustad səviyyəsinə çatıb.
Türkiyədə çap edilən “İslam Ensiklopediyası”nda isə Murad ağa haqqında oxuyuruq: “1019-cu ildə (1610) doğulan və əslən naxçıvanlı (azərbaycanlı) olan Murad ağa Sultan IV Muradın Rəvan səfərindən sonra İstanbula gətirdiyi on iki sənətkar arasında ən məşhurudur”.
Bu yazımızda sizə daha bir naxçıvanlı şəxsiyyəti tanıtdıq. Dahilər yurdu torpağımız haqqında nə qədər tərif desək, azdır. Araşdırdıqca Naxçıvanımızla daha da çox fəxr edir, qürur duyuruq. Bu qürur yerə-göyə sığmır və belə insanların timsalında sərhəd də tanımır.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR