SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Uğur qazanmaq yaşa baxmır

4-07-2017, 07:33 | Oxunub: 11 033 |

Uğur qazanmaq yaşa baxmır

XX əsrin 30-cu illərindən filmlərə çəkilən aktrisanın “ulduz saatı” onun 86 yaşına təsadüf etdi. 1996-cı ildə kinorejissor Ceyms Kameron onu “Titanik” filminə dəvət etdi. Çəkilişlərinə sentyabr ayından başlanan bu film 1997-ci ilin mart ayında tamamlanıb. Söhbət filmdə 101 yaşlı Rouz Kalverti canlandıran ABŞ aktrisası Qloriya Stüartdan gedir. Bu rola görə o, “Oskar” və “Qızıl qlobus”, habelə ABŞ Kino Aktyorları Gildiyasının mükafatlarına layiq görülüb. “People” jurnalı aktrisanın adını “dünyanın ən cəlbedici 50 insanı” siyahısına daxil edib.

Qloriya Frensis Stüart 1910-cu il iyulun 4-də Kaliforniya ştatının Santa-Monika şəhərində dünyaya göz açıb. Kolleci bitirdikdən sonra “Pasadena” teatrında işləyib. 1932-ci ildə “Universal Studios” ilə müqavilə bağlayıb, adı “WAMPAS Baby Stars” siyahısında yer alıb. İlk dəfə 22 yaşında “Qadınlar küçəsi” filmində çəkilən bu füsunkar sarışın qız 30-cu illərdə “Köhnə qaranlıq ev”, “Gözəgörünməz adam”, “Güzgü qarşısında öpüş” və digər ekran əsərlərində müxtəlif rolları canlandırıb. “20th Century Fox” studiyasında isə aktrisa 40-dan çox filmə, o cümlədən “Roma qalmaqalları”, “Sannibruk fermasından Rebekka”9 filmlərinə çəkilib.

1934-cü ildə ssenarist Artur Şikmanla ailə quran aktrisanın Silviya adlı qızı olub. Qloriya Stüart İkinci Dünya müharibəsi illərində, demək olar, filmə çəkilməyib. O, “Dekor Ltd” mebel mağazasında işləyib, 1946-cı ildə isə çəkiliş barədə bütün təklifləri rədd edib.

50-ci illərin ortalarında rəssamlıqla məşğul olan Qloriya Stüartın əsərləri ilk dəfə Nyu-Yorkun “Hammer” qalereyasında, sonralar ABŞ-ın digər yerlərində, habelə Avropada sərgilənib.

1975-ci ildə “Lizzi Borden haqqında əfsanə” televiziya filminə çəkilən Qloriya Stüart aktrisalıq karyerasını bərpa edib. Onun böyük ekrana qayıdışı isə 1982-ci ildə Piter O`Tulla birgə çəkildiyi “Mənim sevimli ilim” filmi ilə olub.

2005-ci ildə ağciyərində xərçəng tapılan aktrisa ruhdan düşməməyə çalışıb. 2010-cu ildə - 100 illik yubileyi ərəfəsində ona ABŞ Kino Aktyorları Gildiyasının “Kinematoqrafiyaya sonsuz sadiqliyinə görə” xüsusi mükafatı verilib.

Qloriya Stüart 2010-cu il sentyabrın 26-da Kaliforniyanın Brentvud ştatında nəfəsçatışmazlığından vəfat edib.

Karyerası boyu 70-dən çox filmə çəkilən aktrisaya ən böyük şöhrəti, əlbəttə ki, “Titanik” filmi gətirib.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR