SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda ümumtəhsil məktəblərinin hərbi rəhbərlərinin bilik və peşəkarlıqları artırılır

27-03-2018, 15:03 | Oxunub: 12 259 |

Naxçıvanda ümumtəhsil məktəblərinin hərbi rəhbərlərinin bilik və peşəkarlıqları artırılır
Muxtar respublikada “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən ümumtəhsil məktəblərinin hərbi rəhbərlərinin növbəti təlim toplantısı olub.

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçilən dərslərdə diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən tam orta məktəblərdə hərbi kabinələrin yüksək səviyyədə hazırlanması, yaradılan hərbi vətənpərvərlik guşələri hərbi rəhbərlərin işini xeyli asanlaşdırıb. Buna görə də hərbi rəhbərlər şagirdlərdə hərb sənətinə maraq yaratmalı, gəncləri həm hərbi idman oyunlarına, həm də hərbi xidmətə yüksək səviyyədə hazırlamalıdırlar. Hərbi rəhbərlər dərs keçən zaman xalqımızın şanlı hərb ənənələrini şagirdlərin diqqətinə çatdırmalı, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda, milli dövlətçiliyimizin möhkəmləndirilməsində öz şücaətləri ilə seçilən, Vətən yolunda canını fəda edən qəhrəmanlarımız haqqında məktəbliləri məlumatlandırmalıdırlar.

Dərslərdə o da diqqətə çatdırılıb ki, şagirdlərə baş verə biləcək fövqəladə hallarda mülki müdafiənin təşkili formaları, mürəkkəb vəziyyətlərdə qətiyyətli davranmaq bacarıqları aşılanmalıdır.

Toplantı çərçivəsində hərbi-vətənpərvərlik mövzusunda film və videoçarxlar nümayiş olunub. Təlim toplantısında kütləvi qırğın silahlarından mühafizə vasitələri və onlardan istifadə qaydaları əyani olaraq göstərilib. Fiziki hazırlıq dərsləri zamanı silahlı, silahsız və ikilikdə çalışmalar kompleksi, eləcə də sürət və güc çalışmaları yerinə yetirilib. Təlim mərkəzində hərbi rəhbərlərə müxtəlif atıcı silahların təyinatı, taktiki-texniki xüsusiyyətləri haqqında məlumat verilib. Həmçinin ilk tibbi yardımın göstərilməsi və yaralıların döyüş sahəsindən çıxarılması qaydaları da diqqətə çatdırılıb. Hərbi rəhbərlər praktiki atışları icra edib, əl qumbaralarından atış çalışmalarını yerinə yetiriblər.

Üç günlük təlim-toplantı yekun tədbir ilə başa çatıb. Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov çıxış edərək bildiriblər ki, hərbi rəhbərlər davranışları, hərbi geyimə münasibətləri ilə şagirdlərdə ordumuz haqqında ilkin təəssüratlar yaradırlar. Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə bütün tam orta məktəblərin hərbi rəhbərlərinə yeni geyim formaları və tam tədris bazası ilə təmin edilmiş ibtidai hərbi hazırlıq yeşikləri təqdim edilib.

Çıxışlar zamanı təlim-toplantılarının əhəmiyyəti qeyd edilib, hərbi rəhbərlərin bilik, bacarıq və peşəkarlıqlarının artırılmasının bundan sonra da diqqət mərkəzində saxlanılacağı bildirilib. Həmçinin vurğulanıb ki, bu gün tam orta məktəblərimizdə şagirdlərin vətənpərvər ruhda yetişdirilməsinə xüsusi əhəmiyyət verilir. Ona görə də hər il yüzlərlə gənc Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq üçün müraciət edir.

Sonda bir qrup hərbi rəhbərə növbəti hərbi rütbələr təqdim olunub.

Naxçıvanda ümumtəhsil məktəblərinin hərbi rəhbərlərinin bilik və peşəkarlıqları artırılır

Naxçıvanda ümumtəhsil məktəblərinin hərbi rəhbərlərinin bilik və peşəkarlıqları artırılır

Naxçıvanda ümumtəhsil məktəblərinin hərbi rəhbərlərinin bilik və peşəkarlıqları artırılır

Naxçıvanda ümumtəhsil məktəblərinin hərbi rəhbərlərinin bilik və peşəkarlıqları artırılır


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR