17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyin yaradılmasının 13-cü ildönümü qeyd olunub
Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyin yaradılmasının 13-cü ildönümü münasibətilə tədbir olub.
Emtm.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev və tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin hərbi liseyin ərazisində əzəmətlə ucalan büstü önünə tər çiçəklər düzüblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Heydər Əliyev adına Hərbi Liseyin rəisi, general-mayor Elman Orucov Azərbaycan Respublikası müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb.
Sonra Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev liseyin pedaqoji və zabit heyətini, kursantları əlamətdar gün münasibətilə təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb.
Hərbi liseyin müəllimi Məryəm Vəlibəyova və kursant Murad Hacıyev tədbirdə çıxış edərək, yaradılan hərtərəfli şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Çıxışların ardından Hərbi Liseyin şəxsi heyətinin tribunanın önündən təntənəli keçidi olub.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 13-də imzaladığı sərəncamla Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradılıb. Həmin dövrdə 56 kursantla fəaliyyətə başlayan filial ötən dövrdə böyük inkişaf yolu keçib, Naxçıvanda gənclərin hərb sənətinə marağının artmasına səbəb olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2004-cü il fevralın 27-də imzaladığı Sərəncamla Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb. Bu təhsil ocağında ötən dövrdə geniş quruculuq işləri aparılıb, burada ikimərtəbəli qərargah binası, müasir tədris korpusu və yataqxana binası istifadəyə verilib, liseyin maddi-texniki bazası xeyli gücləndirilib.
Liseydə kursantların hərbi biliklərə yiyələnməsi üçün hər cür şərait yaradılıb, tədris və yataqxana korpusları ən müasir avadanlıqlarla təchiz olunub. Yataqxana binasında müasir məişət şəraiti ilə yanaşı, kursantların asudə vaxtlarının səmərəli təşkili də təmin edilib. Bundan əlavə, liseydə kursantların sağlamlığı və fiziki hazırlığı da diqqət mərkəzində saxlanılır. Müasir avadanlıqlarla təchiz olunmuş tibb məntəqəsi, idman zalı, futbol meydançası, açıq və qapalı idman qurğuları kursantların istifadəsindədir. Maddi-texniki bazanın təkmilləşdirilməsi ötən müddətdə tədrisin keyfiyyətini yüksəldib. Liseydə müasir fənn kabinələri, kompüter və linqafon otaqları, elektron lövhəli siniflər, elmi, bədii, hərbi və tarixi ədəbiyyatlarla zənginləşdirilmiş kitabxana tədrisin yüksək səviyyədə aparılmasına imkan verir.
Emtv.az