17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Əli İnsanovla İlqar Məmmədov azadlığa çıxır?...
“Novruz bayramında əfv sərəncamının verilməsi gözlənilmir”
Emtv.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, komissiyaya ünvanlanan müraciətlərin araşdırılması hələ başa çatmayıb: “Əfv sərəncamı prezidentə məxsusdur. O siyahıya kimlərin düşəcəyini də dövlət başçısı özü müəyyənləşdirir. Mən inanmıram ki, kimsə birmənalı olaraq sabiq Səhiyyə naziri Əli İnsanovla “Real” hərəkatının sədri İlqar Məmmədovun adlarının əfv sərəncamında olacağını desin”.
Əliməmməd Nuriyev qeyd edib ki, hüquq müdafiəçiləri müxtəlif şəxslərin əfv olunması üçün komissiyaya vəsatətlər ünvanlayırlar: “Gözlənilən əfv siyahısında kimlərin adının olub-olmaması heç kimə məlum deyil. Kimlərsə sadəcə, həmin şəxslərin əfv olunması üçün vəsatət qaldırıldığını deyə bilərlər. Siyahıda kimlərin yer alacağını əvvəlcədən deyə bilmərik. Çünki bu, bizim səlahiyyətimizdə olan məsələ deyil”.
Qeyd edək ki, bu gün mətbuatda Əli İnsanovla İlqar Məmmədovun əfv olunacağı barədə hüquq müdafiəçisi Novella Cəfəroğlunun açıqlaması yayılıb.
Emtv.az