SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Yaponiya hökumətinin dəstəyi ilə Qaxın Qıpçaq kəndində yeni uşaq bağçası tikiləcək

28-02-2018, 12:49 | Oxunub: 9 169 |

Yaponiya hökumətinin dəstəyi ilə Qaxın Qıpçaq kəndində yeni uşaq bağçası tikiləcək

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Qax rayonunda sayca yeddinci layihənin icrasına başlanılıb. Layihə çərçivəsində Qıpçaq kəndində inşa ediləcək uşaq bağçası valideynlərin işini asanlaşdırmaqla yanaşı, məktəbəqədər təhsilin səviyyəsinin yaxşılaşdırılmasına da öz töhfəsini verəcək.

Emtv.az xəbər verir ki, fevralın 28-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzində “Qax rayonunun Qıpçaq kəndində uşaq bağçasının tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib. Tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri Keisuke Yamanaka iştirak edib.

Mərasimdən əvvəl yaponiyalı diplomat Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub.
Yaponiya hökumətinin dəstəyi ilə Qaxın Qıpçaq kəndində yeni uşaq bağçası tikiləcək
İmzalanma mərasimində rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Qax Rayon İcra Hakimiyyəti arasında əməkdaşlığın 2003-cü ildən uğurla davam etdiyini bildirib. Diqqətə çatdırılıb ki, ötən müddət ərzində qrant yardımı proqramı çərçivəsində Qax rayonunda məktəb tikintisi, tibb və ekologiya sahələrini əhatə edən 6 layihə reallaşıb. Yeni imzalanacaq layihə sayca yeddincidir. İcra hakimiyyətinin başçısı bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Səfirliyin müşaviri Keisuke Yamanaka Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən bu layihələrin insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıdığını bildirib. Qeyd olunub ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində indiyədək Azərbaycanda ümumi dəyəri 19 milyon 404 min ABŞ dolları olan 227 layihə üzrə qrant müqaviləsi imzalanıb. Yeni imzalanacaq layihənin dəyəri isə 90 min 861 ABŞ dollarıdır. Layihənin icrası nəticəsində uşaqların məktəbəqədər təhsil şəraiti yaxşılaşacaq, valideynlərin məşğulluğunun təmin olunmasına şərait yaranacaq.

Sonra səfirliyin müşaviri Keisuke Yamanaka və “Şəki Ekologiya və Təhsil Mərkəzi” Gənclərin İctimai Birliyinin sədri Əlirza Məhərrəmov layihə üzrə qrant müqaviləsini imzalayıblar.

Qırx yerlik uşaq bağçasının tikintisinin altı aya tamamlanması nəzərdə tutulur.

İlkanə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR