18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Türkiyə XİN-dən Dövlət Departamentinin Afrin açıqlamasına etiraz
ABŞ Dövlət Departamentinin mətbuat katibi Hizer Noyert keçən şənbə BMT TŞ-nın Suriya ilə bağlı qəbul etdiyi “humanitar yardımların çatdırılması üçün 30 günlük atəşkəs” qərarının bütün Suriya ərazisini əhatə etdiyini və Türkiyənin “atəşkəs qərarını yenidən oxumalı” olduğunu deyib.
Emtv.az xəbər verir ki, Noyertin açıqlamasına Türkiyə XİN-dən cavab gəlib. XİN-nin yaydığı bəyanatda Afrində aparılan “Zeytun budağı” əməliyyatının özünümüdafiə hüquq olduğu, ABŞ-ın isə terrorçulara dəstək verən açıqlamalar verməməsi məsləhət görülüb.
XİN mətbuat katibi Hami Aksiya Dövlət Departamentinin açıqlamasının əsassız olduğunu, qərarın hədəf nöqtəsini anlamadığını və hədəfdən yayındırmağa çalışdığını bildirib. O, BMT qərarında Afrinin nəzərdə tutulmadığını deyib:
“Qətnamədə Şərqi Quta başda olmaqla Suriyada pisləşən humanitar vəziyyət qarşısında, təcili humanitar yardım əldə etməyə və tibbi yönlü təxliyəyə şərait yaradılması məqsədilə münaqişələrin gecikdirilmədən dayandırılması və ən az 30 gün müddətində humanitar atəşkəs elan edilməsi tələb olunur”.
Emtv.az