18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Fazil Mustafanın partiyası prezident seçkisi ilə bağlı müxalifətə dəstək verəcək
Fevralın 19-da Böyük Quruluş Partiyası 11 aprel növbədənkənar prezident seçkisi ilə bağlı yekun qərar çıxarıb.
Emtv.az xəbər verir ki, yerli mətbuata açıqlama verən partiya başqanı, deputat Fazil Mustafa deyib ki, rəhbəri olduğu siyasi təşkilat seçkiyə konkret namizədlə getməyəcək: “Seçkiyə qatılan iddiaçılar rəsmi namizəd kimi təsdiq olunduqdan sonra Böyük Quruluş Partiyası müxalif düşərgəni təmsil edən, xüsusilə parlamentdə yer alan partiyaların namizədlərindən birini dəstəkləyəcək”.
Mərkəzi Seçki Komissiyası 11 aprel prezident seçkisinə qatılmış 12 nəfərin namizədliyini təsdiqləyib: Yeni Azərbaycan Partiyasından prezident İlham Əliyev, Sosial Demokrat Partiyasından deputat Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından deputat Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasından deputat Fərəc Quliyev, Liberal Demokrat Partiyasından Fuad Əliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, “Cəbhəçilərin təşəbbüs qrupu”ndan Razi Nurullayev namizəd göstərilib.
Qalan iddiaçılar müstəqil namizədlərdir: deputat Zahid Oruc, Tural Abbaslı, Anar Umudov, Asif Məmmədov və Elşən Həsənov.
Prezidentliyə namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplanmalıdır. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza yığmaq tələb edilir. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər.
Emtv.az