SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ramin Hacılı “Ümid” partiyasından istefa verdi

6-07-2017, 13:22 | Oxunub: 10 288 |

Ramin Hacılı “Ümid” partiyasından istefa verdi
Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyinin rəhbəri Ramin Hacılı “Ümid” Partiyası sıralarından ayrılır.

Emtv.az xəbər veir ki, bu barədə R.Hacılı musavat.com-a ünvanladığı bəyanatında bildirir.

Bəyanatda deyilir: “2014-cü ildə siyasi fəaliyyətimi “Ümid” partiyası və “125-lər Siyasi Klubu”nda davam etdirmək qərarına gəldim. Səbəb Azərbaycanın ictimai və siyasi həyatında nüfuz qazanan insanların bir araya gələrək cəmiyyətə töhvə vermək kimi xoş niyyətlərini dəstəkləmək idi. Nəticədə mən də 2015-ci ilin parlament seçkilərinə “Ümid” partiyasının və “125-lər klubu”nun namizədi kimi qatıldım.
Bəlli səbəblərdən partiya seçkilərdə uğur qazana bilmədi. Seçkidən sonra hərəkatın bir çox üzvləri prosesdən uzaqlaşdılar. Son 15 ildə ilk dəfə olaraq “Ümid” heç bir nümayəndə ilə Parlamentdə təmsil olunmadı. Bu da partiyaya dövlət büdcəsindən ayrılan vəsaitin kəsilməsi demək idi. Bundan sonra mən də bir çox partiyadaşlarım kimi məvacib ala bilmədim və könüllü olaraq da hər hansısa bir vəsaitdən imtina etdim. 2016-cı ildən bütünlüklə öz işlərimə kökləndiyim üçün də partiyada aktiv ola bilmirəm. Bu gün də eyni vəziyyətdi. Bu, defakto partiyadan çıxmağım deməkdir. De-yure partiyada qalmağımı mənəvi borc bilirdim. Çünki sədr İqbal Ağazadə ilə dostluq münasibətlərimiz uzun illərə söykənir. “Ümid”in parlamentdə təmsil olunmamasından dərhal sonra partiyadan getmək mənim prinsiplərimə görə doğru olmazdı. Lakin indi artıq fəaliyyətimi beynəlxalq təşkilat olan Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəsi kimi daha aktiv davam etdirmək istəyirəm. Gücüm və enerjimi bu platformada istifadə edəcəm, Avropada Azərbaycanımızı daha fəal təmsil edəcəm. Hazırda ölkədaxili siysi fəaliyyətimi dayandırır və ictimai fəaliyyətimlə həm daxili, həm də beynəlxalq arenada ölkəmə daha çox töhvə verə biləcyimi düşünürəm. Hesab edirəm ki, Azərbaycanda böyük platform kimi qurulan və beynəlxalq nüfuza malik Azərbaycan Avropa Hərəkatı ilə vətənimizə daha çox xeyir verə bilərik”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR