17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
16 siyasi partiya MSK-ya illik maliyyə hesabatı təqdim etməyib – SİYAHI
Azərbaycanda dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 39-u Mərkəzi Seçki Komissiyasına (MSK) 2016-cı il üzrə maliyyə hesabatını təqdim edib.
Emtv.az-ın report-a istinadən xəbərinə görə, hesabat təqdim etməyən partiyaların sayı 16-dır.
Bunlar Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Demokrat İdrak Partiyası, Azərbaycan Kəndli Partiyası, Vahid Azərbaycan msk Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Sosial Ədalət Partiyası, Milli Konqres Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Tərəqqi Partiyasıdır.
Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Bu il aprelin 1-dək cəmi 28 partiya hesabat verib, 11 partiyanın hesabatı isə sonrakı müddətdə qeydə alınıb.
İllik maliyyə hesabatı təqdim edən partiyaların sırasında ƏIi Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası da (AXCP) var.
Xatırladaq ki, AXCP 2015-ci ildə keçirdiyi qurultayın sənədlərinin dövlət reyesterinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etsə də, nazirlik bəzi mübahisəli məsələləri əsas gətirərək bundan imtina edib. Əli Kərimlinin sabiq müavini Razi Nurullayev də AXCP adına iddia edərək təşkilat yaradıb.
Emtv.az