18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İtkin düşən qadın tapıldı – Həyat yoldaşı onu qəbul etmədi
Göyçay rayonunda ötən ay evdən çıxaraq qayıtmayan ailəli qadın tapılıb.
Emtv.az xəbər verir ki, rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Rüfət Rasim oğlu yerli mətbuata bildirib ki, həyat yoldaşı, 1989-cu il təvəllüdlü Lətifova Türkan Vaqif qızı yanvarın 18-də yaşadığı Göyçay şəhərinin M.S.Ordubadi küçəsindəki 19 saylı mənzildən çıxaraq geri qayıtmayıb.
Rüfət Məmmədov bu barədə Göyçay rayon Polis Şöbəsinə məlumat verib. Türkan Lətifova itkin düşmüş şəxs kimi qeydiyyata alıb və onun axtarışına başlanılıb. O, Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakıda, Qara Qarayev metro stansiyasının yaxınlığındakı mağazalardan birində tapılıb. Türkan Lətifova Göyçay rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə həyat yoldaşı Rüfət Məmmədovla görüşdürülüb. Oğuz rayonu Bayan kənd sakini, bir uşaq anası Türkan Lətifova verdiyi izahatda Rüfət Məmmədovla ötən il ailə həyatı qurduğunu, evdə heç bir söz-söhbət olmadığını, mehriban yaşadıqlarını, şəkərli diabet xəstəsi olduğu üçün onu müalicə etdirdiyini bildirib. Türkan xəstəliyi ilə əlaqədar Rüfətə çox əziyyət verdiyini və ona yaxşı həyat yoldaşı ola bilmədiyini əsas gətirərək evdən getdiyini qeyd edib. Rüfət evi tərk edən Türkanı qəbul etməyib və onu öz anasına təhvil verib.
Rüfət Məmmədov rayonda avtoyuma məntəqəsində çalışdığını deyib: “Yanvarın 18-də nahar vaxtı Türkan Lətifovanın mənə zəng etdi ki, evdə yeməmi hazırlayıb. Getdim, Türkan məktub yazaraq evdən ayrılmışdı. Məktubda “Rüfət səni sevirəm, amma gedirəm” sözlərini yazmışdı”.
Faktla bağlı araşdırma aparılır.
Emtv.az