18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
29 yaşlı gəlin evdən qaçıb – “Mən gedirəm…”
Göyçay rayonunda 29 yaşlı qadın evdən çıxaraq geri qayıtmayıb.
Emtv.az xəbər verir ki, rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Rüfət Rasim oğlu APA-ya bildirib ki, həyat yoldaşı, 1989-cu il təvəllüdlü Lətifova Türkan Vaqif qızı yanvarın 18-də yaşadığı Göyçay şəhərinin M.S.Ordubadi küçəsindəki evlərindən çıxaraq geri qayıtmayıb. O, bir uşaq anası olan Türkan Lətifovanın şəkərli diabet xəstəsi olduğunu, müalicəsi üçün istifadə etdiyi dərman preparatlarının, şəxsiyyət vəsiqəsinin, geyim əşyalarının evdə qaldığını bildirib. Rüfət Məmmədov Oğuz rayonu Bayan kənd sakini olan Türkan Lətifova ilə ötən ilə ailə qurduğunu və evdə heç bir söz-söhbət olmadığını, xəstəliyi ilə bağlı onu müalicə etdirdiyini bildirib:
“Yanvarın 18-də işdə idim, nahar vaxtı Türkan zəng edərək dedi ki, evdə yemək hazırlamışam, gəlib yeyərsən. Mən evə gəldikdə gördüm ki, Türkan yoxdur. Evdə onun məktubunu tapdım. Türkan məktubda “Rüfət, səni sevirəm, amma gedirəm” sözlərini yazaraq evi tərk edib”.
R.Məmmədov həyat yoldaşının tanımadığı bir qadınla avtobusa minərək Bakı istiqamətinə getdiyini bildirib. Araşdırma zamanı məlum olub ki, Türkan Lətifova Oğuz rayonunda yaşayan valideynlərinin də yanına getməyib. Rüfət Məmmədov həyat yoldaşının səbəbsiz yerə naməlum istiqamətə getməsi və geri qayıtmaması barədə Göyçay Rayon Polis Şöbəsinə məlumat verib.
Polis Şöbəsi 4 gün öncə Türkan Lətifovanı itkin düşən şəxs kimi qeydiyyata alıb və onun axtarışına başlanılıb.
Qadın evdən çıxarkən əynində cins şalvar, sarı gödəkcə və idman ayaqqabısı olub. Onu görən şəxslərdən
0202740491, 051-574-00-20, 0505844667 nömrəli telefonlara zəng etmək xahiş olunur.
Emtv.az