18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Şəkidə 22 yaşlı gəlin evdən qaçıb - YENİLƏNİB - VİDEO - FOTO
Şəkidə qadın itkin düşüb.
Emtv.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 1-də Şəki şəhər sakini Amənti Əlimərdanova Şəki şəhər-rayon Polis Şöbəsinə gəlini, 1995-ci il təvəllüdlü Günəş Əlimərdanovanın itkin düşməsi ilə bağlı ərizə ilə müraciət edib.
O, ərizəsində gəlininin oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə yaşadığı evdən çıxaraq naməlum istiqamətdə getdiyini və bir daha geri qayıtmadığını bildirib.
Günəş Əlimərdanova Şəki rayonunun Öryət kənd sakinidir. Onu görənlərdən Şəki PŞ-yə (tel: 02424-4-25-50) müraciət etmələri xahiş olunur.
Şəkidə 22 yaşlı gəlin evdən qaçıb.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, hadisə oktyabrın 31-i Şəkidə, Öyrət kəndində baş verib. Şəki sakini Amənti Əlimərdanova noyabrın 1-də polis şöbəsinə gəlini Günəş Əlimərdanovanın itkin düşməsi ilə bağlı müraciət edib.
Sonradan məlum olub ki, 2 uşaq anası olan gəlin gecə saatlarında evi tərk edib. Bunu həyat yoldaşı Nəsir Əlimərdanov ağlayan uşağın səsinə oyananda bilib. Kənddə öz traktoru ilə təsərrüfat işləri görüb ailəsini dolandıran Nəsir həm gəlinin, həm də özünün valideynlərinə xəbər verərək bildirib ki, həyat yoldaşı Günəş uşaqları evdə qoyaraq qaçıb.
O, ərinin cibindən 20 manat pul və sənədlərini götürərək evi tərk edib. Ailə üzvülərinin sözlərinə görə, ailədə tez-tez söz-söhbət olub və gəlin əvvəllər də bir necə dəfə evdən gedib. Hər dəfə də atasigildə 2-3 ay qalıb. Bu dəfə gəlindən heç kimin xəbəri olmadığı üçün onun valideynləri də təşvişə düşüblər.
İndi onun 4 yaşlı qızı Gülay və yaş yarımlıq olan oğlu Tunara oğlanın valideynləri baxır.
Emtv.az