17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Ramana qalası”nın yaxınlığında 2 kq heroin gizlədən şəxs saxlanıldı
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.
Emtv.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, keçirilən əməliyyat nəticəsində Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əli Həmidov tutularaq polis bölməsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman 1 bükümdə çəkisi 0,818 qram narkotik vasitə – heroin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Ə.Həmidovda əlavə narkotik maddənin olduğu müəyyən edilib. İfadəsində saxlanılan şəxs “Ramana qalası” adı ilə tanınan ərazinin yaxınlığında ona məxsus gizlətdiyi külli miqdarda narkotik vasitənin yerini polis əməkdaşlarına göstərib. Həmin ünvana baxış keçirilən zaman 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs narkotik vasitəni əvvəllər tanımadığı Tehran adlı İran vətəndaşından satmaq məqsədi ilə 7000 manata aldığını bildirib. Ə.Həmidov heroinə görə əvvəlcə həmin şəxsə 1000 manat ödəyib və qalan pulu narkotik vasitəni satandan sonra verəcəyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Emtv.az