17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Fikrim o idi ki, kilosunu 4 minə satım” – Narkotik alverçisi saxlanıldı
Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərlə daha iki nəfər saxlanılıb. Bunlar Cəlilabad və Bərdə sakinləridir.
ARB TV xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarına Cəlilabad rayonu ərazisində bir nəfər şəxsin külli miqdarda narkotik vasitə satmaq niyyətində olduğu barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Cəlilabad rayonu ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Piriyev saxlanılıb.
Əli Piriyev (saxlanılan şəxs): “İran vətəndaşı olan Oruc adlı şəxsdən narkotik vasitə almışam. Dedi ki, get stansiyanın arxasından götür. Götürən zaman yaxalandım. Fikrim o idi ki, onun kilosunu 4 minə satım”.
Onun əlindəki çantaya baxış zamanı ümumi çəkisi 19 kiloqram 705 qram olan tiryək aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni satmaq niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan Oruc adlı İran vətəndaşından aldığını bildirib.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında birgə həyata keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində rayonun Kürdborakı kənd sakini Taleh Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Onun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 1 ədəd çətənə kolu, həmçinin yaşadığı evdən əlavə olaraq 13 kiloqram 430 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Emtv.az