18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanlı milyarderin adı ABŞ-ın sanksiyalar siyahısına düşüb
ABŞ Maliyyə Nazirliyi Rusiya siyahı elitasının və oliqarxların adının daxil edildiyi “Kreml hesabatı”nı dərc edib.
Emtv.az xəbər verir ki, hesabatda adı gedən şəxslərə qarşı sanksiyaların tətbiq edilməsi ehtimalı böyükdür. “Kreml hesabatı”na dövlət payı ən az 25% təşkil edən, illik gəliri 2 milyard dolları keçən Rusiya şirkətləri daxil edilib.
Siyahıda adı göstərilən şəxslərdən biri də azərbaycanlı milyarder, “Lukoyl”un prezidenti Vahid Ələkbərovdur. Vahid Ələkbərovun adı ABŞ-ın sanksiya tətbiq olunan şəxsləri arasında düşərsə, bu onun aktivlərini zərbə altında qoya bilər.
ABŞ-ın “Kreml hesabatı”nda adı keçən şəxslərin siyahısı: Oleq Deripaska, Roman Abramoviç, Vladimir Potanin, Yuri Kovalçuk, German Qref, Vladimir Boqdanov, Leonid Fedun, Filaret Qalçev, Sergey Qalitski, Oleq Budarqin, Alişer Usmanov, Viktor Vekselberq, Vadim Yakunin, Arkadi Voloj, Vladimir Yevtuşenkov, Aleksey Miller, İqor Seçin, Mixail Fridman, Vladimir Lisin, Pyotr Aven, Mixail Qutseriyev, Süleyman Kərimov, andrey Kostin, Ziyavuddin Məhəmmədov, Mixail Proxorov, Aleksandr Mamut, Leonid Mixelson, Dmitri Pumpyanski, Aleksandr Mordaşov, Aleksandr Nesis.
Bundan əlavə ABŞ Maliyyə Nazirliyinin daha bir məxfi “Kreml hesabatı” hazırladığı deyilir. Bura milyard dollardan az sərvəti olan adamlarına adının salındığı deyilir.
Emtv.az