SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

ABŞ-dan Rusiya rəhbərliyinə qarşı sanksiya: Siyahıda 210 nəfərin adı var – Adlar

30-01-2018, 09:24 | Oxunub: 9 502 |

ABŞ-dan Rusiya rəhbərliyinə qarşı sanksiya: Siyahıda 210 nəfərin adı var – Adlar

ABŞ Maliyyə Nazirliyi sanksiyalar altına düşə biləcək Rusiya rəhbərliyinə yaxın şəxslərin adı keçən “Kreml hesabatı”nı dərc edib.

Emtv.az xəbər verir ki, siyahıya 210 nəfər daxil olub. Onlardan 114 nəfəri siyasətçi, 96-ı biznesmendir. Siyahıya düşmək avtomatik şəkildə sanksiya tətbiqi anlamına gəlmir, lakin bu daha sonra baş verə bilər. Hesabatın müəllifləri siyasətçi və oliqarx siyahısını “açıq mənbələrdən götürülmüş obyektiv meyarlar” əsasında tərtib etdiklərini deyirlər.

Siyahıda Rusiya hökumətinin bütün üzvləri, o cümlədən baş nazir Dmitri Medvedevin adı göstərilib. Həmçinin federal nazirlərin adları və xarici işlər naziri Sergey Lavrovun adı var.

Adı düşənlər arasında Duma və Federasiya Şurasının spikerləri Vyaçeslav Volodun və Valentina Matviyenki, dövlət şirkətlərinin rəhbərləri: Rusiya Dəmiryollarının baş direktoru Oleq Belozerov, “Aeroflot” başçısı Vitali Savelyev, Vahid Aviatikinti Korporasiyasının prezidenti Yuri Slyusar, Rostexin sədri Sergey Çemezov, Rosseteyin sədri Oleq Budarqin, Rosatomun baş direktoru Aleksey Lixaçev, Rushidronun başçısı Nikolay Şulqinov da var.

Sənədə Sergey Narışkinin, prezidentin xüsusi nümayəndəsi Sergey İvanovun, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin, müdafiə nazirinin birinci müavini Baş Qərargah rəisi Baleri Gerasimovun, “QRU” sədri İqor Korobovun, Təhlükəsizlik Şurasının katibinin müavini Raşid Nurqaliyevin də adı var.

“Kreml hesabatı”na Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko, Moskva meri Sergey Sobyanin, baş prokuror Yuri Çayka, İstintaq Komitəsinin Aleksandr Bastırkin, Rusiya Federal Mühafizə Xidmətinin direktoru Dmitri Koçnev, FTB direktoru Aleksandr Bortnikovun da adı var.

Siyahıya Putinin prezident administrasiyasının bütün rəhbərliyi, o cümlədən mətbuat katibi Dmitri Peskovun adı daxil edilib.
Sənəddə Rusiya prezidentinin hakimiyyət orqanlarındakı bu nümayəndələrinin adları əksini tapıb: Artur Muravyev, Qarri Minx, Mixail Krotov, Anna Kuznetsova, Boris Titov, Mixail Babiç, Aleksandr Beqlov, Oleq Belaventsev, Aleksey Qordeyev, Sergey Menyaylo, Yuri Trutnev, Vladimir Ustinov, İqor Xolmanskix, Aleksandr Manjosin, Vladimir Çernov, Oleq Qovorun.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR