18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Yaponiya ABŞ-dan AH1 helikopterlərinin uçuşlarının dayandırılmasını tələb edib
Yaponiyanın müdafiə naziri İtsunori Onodera ABŞ-dan AH1 zərbə helikopterlərinin uçuşlarının dayandırılmasını tələb edib. Bu helikopterlərdən daha biri yanvarın 23-də Okinavada qəza enişi edib.
Emtv.az xəbər verir ki, müdafiə naziri Tokioda keçirilən mətbuat konfransı zamanı deyib: “Bu həddindən artıq ağ oldu”. Belə ki, dünənki qəza enişi yanvar ayında həmin helikopterlərlə baş verən üçüncü hadisədir.
Yaponiyanın xarici işlər naziri Taro Kono da öz növbəsində ABŞ-ın Yaponiyadakı səfiri Vilyam Haqqertiyə hadisə ilə bağlı “dərindən təəssüfləndiyini” bildirib və belə halların bir daha təkrarlanmaması üçün qəti tədbirlər görülməsini tələb edib.
Hadisə ilə bağlı bəyanatla çıxış edən Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa isə deyib: “Biz ABŞ-dan təhlükəsizliyin təmin olunması üçün maksimum tədbirlər görməyi tələb edirik”.
Okinavanın qubernatoru Takeşi Onaqa isə bəyan edib ki, ABŞ hərbiçiləri nəzarət funksiyasını itiriblər və artıq idarə edə bilmirlər.
Xatırladaq ki, AH1 helikopteri yanvarın 23-də Okinavada məcburi eniş edib. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Bundan əvvəl, yanvarın 8-də eyni tipdən olan digər helikopter də məcburi eniş etmişdi. Daha əvvəl isə UH1 helikopteri fövqəladə eniş etməyə məcbur olmuşdu.
Dekabrda məktəb üzərindən uçan helikopterin pəncərəsi qoparaq aşağı düşmüş və nəticədə şagirdlərdən biri yüngül xəsarət almışdı.
Emtv.az
Paylaş: