17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
YAPONİYA ŞİMALI KOREYADAN TƏLƏB ETDİ
Yaponiya hökuməti Koreya Xalq Demokratik Respublikasından (KXDR) BMT Təhlükəsizlik Şurasının bu ölkəyə ballistik raket texnologiyalarından istifadəni qadağan edən qətnamələrinə əməl etməyi tələb edir. Bu barədə jurnalistlərə müsahibəsində Pekinə rəsmi səfərə yola düşməzdən əvvəl Yaponiyanın xarici işlər naziri Fumio Kişida deyib. Çində keçiriləcək görüşlərdə KXDR-in raket-nüvə proqramlarının əsas müzakirə mövzusu olacağı gözlənilir.
"EMTV.az" xəbər verir ki, Nazir deyib: “Şimali Koreyanın raket sınaqları yolverilməzdir. ABŞ və Cənubi Koreya ilə birlikdə biz Şimali Koreyadan təmkin göstərməyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməyi tələb edəcəyik”.
F.Kişida əlavə edib ki, hadisələrin istənilən istiqamətdə inkişafına hazırlaşan Yaponiya hökuməti Pxenyanın hərəkətləri ilə bağlı bütün informasiyaları ciddi şəkildə toplayır və təhlil edir.
Xəbər verdiyimiz kimi, son günlər KXDR Vonsan limanı rayonunda “Musudan” ballistik raketinin iki sınağını keçirib. Hər iki sınağın uğursuzluqla nəticələnməsinə baxmayaraq, bu raket bütün Yaponiya ərazisinə və ABŞ-ın Quam adasında yerləşən hərbi bazasına zərbə endirmək potensialına malikdir.
Rəsmi Seul və Tokio güman edir ki, Koreya Əmək Partiyasının mayın 6-da Pxenyanda işə başlayacaq qurultayı ərəfəsində KXDR hərbi xarakterli ciddi tədbirlər həyata keçirə bilər.