SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bahalı, saxta və zərərli: Bazarda təhlükəli xəzlər satılır

22-01-2018, 16:14 | Oxunub: 9 616 |

Bahalı, saxta və zərərli: Bazarda təhlükəli xəzlər satılır

Qış mövsümünün gəlişi ilə xəz dəridən hazırlanmış üst geyimləri də dəbə düşür. Qadınların əksəriyyəti gözəl və cazibədar görünmək, eyni zamanda soyuq havada üşüməmək üçün xəz dərili üst geyimlərə üstünlük verirlər. Təbii ki, fərqli heyvanların xəzindən hazırlanmış bu geyimlər müştərilərə çox baha qiymətə təklif olunur. Buna baxmayaraq, əksər hallarda baha qiymətə alınan xəz dəridən hazırlanmış geyim keyfiyyətsiz çıxır, heç bir mövsüm belə istifadə edilməmiş yararsız hala düşür. Bir sözlə, xəz geyimlərin qiyməti ilə keyfiyyəti bir-birini təkzib edir.

Bu gün ölkədə satılan xəz dəridən hazırlanmış geyimlərin keyfiyyəti ilə qiymətinin nə dərəcədə uzlaşır?

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycana xəz dəridən hazırlanmış geyimlər müxtəlif ölkələrdən idxal olunur:"Çindən, Türkiyədən və Avropa ölkələrindən ölkəmizə xəz dərilər gətirilir. Təbii ki, Çindən gətirilən xəz dərilər ucuz başa gəldiyi üçün ticarətçilər çin mallarına daha çox üstünlük verirlər".

Emtv.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Bayramovun sözlərinə görə, bir neçə il əvvələ nisbətən hazırda xəz dərilərə maraq azalıb, amma yenə də tələbat var.

"Bu geyimlərin qiymətləri həqiqətən bahadır. Xüsusilə, Çindən gətirilən xəz dərilərin qiymətləri baha, keyfiyyəti isə aşağıdır. Beləliklə, istehlakçılar aldadılır. Hətta onu da qeyd edim ki, qonşu ölkələrə nisbətən Azərbaycanda eyni xəz dərilər daha baha qiymətə satılır" - deyə ekspert əlavə edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, hər il xəz dərilərlə bağlı Azad İstehlakçılar Birliyinə 1-2 şikayət daxil olur:

"İstehlakçılar aldıqları xəzin keyfiyyətindən narazıdır. Azərbaycanda xəz dərilərin gətirilməsində heç bir standart yoxdur. Azad bazar olduğu üçün ticarətçilər hansı ölkədən istəsələr, xəz dəri gətirirlər, neçəyə istəyirlər, o qiymətə də satırlar".

E.Hüseynov xəz dəridən hazırlanmış geyimlərin saxta yarlıqlarla satıldığını da bildirib: "Onu da qeyd edim ki, satılan xəz dərilərin üzərinə vurulmuş yarlıqlar heç də orijinal olmur. Bazarda xəz dəridən hazırlanmış üst geyimlərinin 40 faizdən çoxu saxta yarlıqlarla satılır. Qiymətlərə gəlincə, hər kəs istədiyi qiymətə malını sata bilər. Sadəcə onu deyə bilərəm ki, istehlakçılar xəz dəri alarkən diqqətli olsunlar və saxta mallara aldanmasınlar".

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə bildirib ki, xəz dərilərlə bağlı heç bir standart yoxdur: "Bizə bu günə kimi xəz dərilərlə bağlı heç bir şikayət daxil olmayıb".

Həkim Rasif Bağırov isə xəzdən hazırlanmış geyimlərin insan sağlamlığına zərərli təsirlərindən danışıb:

"Dəridən geyim hazırlanan zaman elə aşılanmalıdır ki, insan orqanizmi üçün gigiyenik olaraq heç bir problem yaratmasın. Xəz dəri hazırlanan zaman lazımi səviyyədə aşılanmayanda, ətraf mühitdə olan mikroorqanizmlər həmin xəz dəridə özünə yer edir və münbit şərait olduğu üçün çoxalmağa başlayır. Həmin mikroorqanizmlər xüsusilə allergik xəstəliklər, mədə-bağırsaq xəstəlikləri yarada bilir".

"Xəz dəridən hazırlanmış geyimləri xüsusi rejimdə saxlamaq lazımdır, tez-tez xüsusi qaydada təmizlənməlidir ki, insan orqanizminə problem yaratmasın" -deyə həkim əlavə edib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR