18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Rusiya muzdlu döyüşçüləri işə götürən özəl hərbi şirkətləri qanuniləşdirir
Rusiyada özəl hərbi şirkətlərin yaradılması ilə bağlı qanun layihəsi Dumaya təqdim olunacaq.
Emtv.az xəbər verir ki, bu barədə Dumanın deputatı Mixail Emelyanov danışıb.
“Qanun xaricdə keçirilən anti-terror əməliyyatlarında, müttəfiq dövlətlərin suverenliyinin xarici təcavüzdən qorunmasında şəxsi hərbi şirkətlərin əməkdaşlarının cəlb olunmasına imkan yaradacaq. Bundan əlavə neft və qaz, dəmiryolları kimi obyektlərin mühafizəsində istifadə olunacaq” – deputat belə deyib.
Sənəd Rusiya xarici işlər naziri Sergey Lavrovun Suriyada rus muzdlu əsgərlərinin hüquqi statusunun dəqiq müəyyən edilməsi ilə bağlı çıxışından sonra hazırlanmağa başlayıb.
Qanunda muzdlu əsgərləri sosial təminatı, onlara göstərilən xidmətlər öz əksini tapacaq. Muzdlulara xarici dövlətlərin suverenliyini pozmaq və sərhədləri dəyişmək, qanuni dövlət orqanlarını devirmək, kütləvi qırğın silahlarından istifadə qadağan olunacaq.
Parlamentdə müdafiə üzrə komitənin deputatı Vladimir Şamalov ABŞ və sair ölkələrin muzdlu hərbçilərə sahib özəl hərbi şirkətlər yaratmaq praktikasının olduğunu qeyd edib.
Özəl hərbi şirkətlər ehtiyatda olan hərbçilər üçün yeni iş yeri kimi xidmət göstərəcək.
Emtv.az