18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Putin 60 minlik “müsəlman ordusu”nu Suriyaya yeridir - SƏUDİYYƏ MƏNBƏLƏRİ
Rusiya əsasən Şimali Qafqaz respublikalarının nümayəndələrindən ibarət 60 minlik “müsəlman ordusu”nu Suriyaya yeritmək üçün hazırlayıb.
Bu haqda Səudiyyə Ərəbistanının “Al Watan” qəzeti “mötəbər mənbələrə” istinadla yazır. Bu ordu əsasən sünnü-müsəlmanlardan ibarətdir. Bildirilir ki, həmin qüvvələrinin bir qismi artıq hərbi polis qismində Hələbdə xidmət keçir. Palmira yaxınlığında, Barrada vadisində isə bir sıra keçmiş sovet respublikalarından olan müsəlmanlardan ibarət muzdlu “Turan” batalyonu yaradılıb.
“Business İnsider” nəşri isə Rusiyanı Suriyadakı hərbi iştirakını getdikcə artırdığını bildirir. Nəşrin yazdığına görə Suriyada Rusiya bazaları genişlənir, habelə Kremlin adından Bəşər Əsəd üçün döyüşən özəl hərbi şirkətlərin sayı artır.
Diqqəti cəlb edən fakt budur ki, Suriyaya Çeçenistan və İnquşetiyadan yeni-yeni dəstələr göndərilir. Məqsəd İran döyüşçülərini sıxışdırmaqdır.
Xatırladaq ki, Rusiya Suriyada hava əməliyyatları ilə kifayətlənəcəyini və quruda döyüşlər aparmayacağını elan etmişdi. Lakin hava əməliyyatlarının gözlənilən nəticəni verməməsi Rusiyanı məcbur edib ki, Suriyaya həm xüsusi təyinatlılardan ibarət məhdud kontingent, həm muzdlulardan ibarət “özəl ordular” göndərsin.
Nəşrin yazdığına görə hazırda Moskva bütün Suriya boyu sünnü-müsəlmanlardan seçilmiş xüsusi təyinatlı quru qüvvələrini yerləşdirməkdədir.
Emtv.az