18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“ABŞ sərhədimizdə terror ordusu qurur, bizə düşən də bu terror ordusunu doğulmadan öldürməkdir” – Ərdoğandan Afrin mesajı
“Amerika ölkəmizin sərhədləri boyunca terror ordusu qurduğunu təsdiq etdi . Bizə düşən də bu terror ordusunu doğulmadan öldürməkdir”.
Emtv.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Suriyada PKK/PYD-dən ibarət 30 minlik ordu qurma açıqlamasına münasibət bildirərkən deyib. Ərdoğan PKK/PYD-yə qarşı əməliyyat mesajı da verib.
“Biz bunların necə qəddar, necə ikiüzlü olduğunu çox yaxşı bilirik. Bu ordunun adı xainlər ordusudur.İki gün sonra başları dara düşəndə oradakı Amerika əsgərlərinə ilk silah doğruldacaq olanlar məhz bu 30 min nəfərlik terrorçular olacaq.
Bizim bütün müttəfiqlərimizə, dostlarımıza dediyimiz deyəcəyimiz budur. Terrorçularla aramızda durmayın, qatil sürülərini qorumayın. Əks təqdirdə ortaya çıxa biləcək arzuolunmaz hadisələrdən biz məsuliyyət daşımırıq. Terror təşkilatının bazalarındakı bayraqlarınızı endirin ki, o bayraqları biz sizə təslim etmək məcburiyyətində qalmayaq. Terrorçuların geyimlərindəki nişanlarınızı sökün ki, terrorçularla birlikdə onları da torpağa basdırmaq məcburiyyətində qalmayaq.
Hamınız birdən gəlin, nə olursanız olun, təpənizə enəcəyik, bunun başqa çarəsi yoxdur. Mərmilərlə vururuq, vurmağa da davam edəcəyik. Öz qərarımızı özümüz vermişik, veririk. Hazırda da əməliyyatlar da davam edir. Əməliyyat hər an başlaya bilər. Tək bir terrorçu qalmayana qədər bu əməliyyat sürəcəkdir” deyə Ərdoğan qeyd edib.
Emtv.az