18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Orada dövlət qurmaq istəyənlər ovcunu yalayar” – Ərdoğandan Amerikaya mesaj
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü çıxışında terrorla mübarizədə haqqında danışıb.
Emtv.az xəbər verir ki, Ərdoğan çıxışında türk millətini seçki qutusunda məğlub edə bilməyənlərin indi də terroru işə saldığını bildirib:
“Terror cəbhəsini təhkim ediblər. Hal-hazırda əsgərimiz, polisimiz, jandarmımız bütün bölgələrdə varmı? Var. Nə qədər təhdid varsa, yuvalarına qədər gedərik və girərik. Etdikləri şeylər keçdi artıq. Həftədə 50-100 nəfər gedirlər. Artıq bunlar gedicidir. Ya bu ölkəni tamamilə tərk edib gedəcəklər, ya da bu işi bitirəcəyik”.
Ərdoğan terrorla əməkdaşlıqda Pensilvaniyanı, Pensilvaniyanın arxasında isə Amerikanın olduğunu deyib:
“Bunların arxasında Pesnilvaniya var, onun arxasında Amerika var. Bundan sonra sən bizdən hər hansı terrorçunu istədiyin zaman bu fəqir bu vəzifədə olduğun müddətdə o terrorçunu ala bilməzsən. İlan deşiyinə bir dəfə soxular. Bir tərəfdən strateji əməkdaşıq deyəcəksən, digər tərəfdən Suriyanın şimalında 4 mindən çox yük maşını silahla təyinatlar edəcəksən. Bunlar PKK-nın qolları, terror təşkilatlarıdır. Yeni istiqlal müharibəmizi müdafiədən hücuma çevirdik. Təhlükəsizlik qüvvələrimiz terrorçuları qazdıqları çalalara basdırdı. Terror aktlarının böyük hissəsi iflasa uğradı.
Bəzilərinin terror koridoru formalaşdırmaq səyləri səbrimizi azaldır. Suriyada və İraqda baş verən hadisələrin, hazırlanan sistemin məqsədi hər keçən gün daha da dəqiqləşir. Yalana daha dözmək məcburiyyətində deyilik. “Fərat Qalxanı” əməliyyatı ilə atdığımız addımları genişlədəcək gücə malikik.
Hər kimsə ki, Suriyadan, İraqdan, Balkanlardan, Orta Asiyadan bizə nə deyirsə sadəcə tariximizdən deyil, istiqlal və istiqbal anlayışlarından da xəbərsizdir. Hal-hazırda terror koridoru formalaşdırmaq istəyənlər bilsin, oralar Misak-ı Milli sərhədlərinə daxildir. Orada dövlət qurmaq istəyənlər ovcunu yalayar. Kimsə orada yeni bir dövlət qurmaq cəhdi etməsin”.
Emtv.az