18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"13 yaşımda ayaqlarımı sındırmaq istəyirdilər"
"Mançester Siti"nin hücumçusu Qabriel Jezuş 13 yaşında başına gələn əhvalatı danışıb.
Emtv.az goal.az xəbər verir ki, braziliyalı forvard bunları deyib:
"Böyüklərlə 13 yaşımdan futbol oynamağa başlamışam. Braziliyada bu, küçə basketboluna bənzəyir. Çox sərt oyun gedirdi. Liqanın ən güclü komandalarına qarşı oynayırdıq. Mənə hər kəs deyirdi ki, bu uşaq kimdir. 4 dəqiqə sonra rəqibi keçib qol vurdum. Aldatdığım şəxs ayaqlarımı sındıracağımı dedi. Amma yenə topu qəbul etdim və qol vurduq. Oyun 2:2 hesabıyla başa çatdı, penaltilər seriyasında isə biz qalib gəldik. Avtomobil parkında ayaqlarımı sındırmaq istəyirdilər. Komanda yoldaşlarım ətrafımda toplaşıb məni müdafiə etdilər.
Lakin bu, əhvalatın sonu deyil. Bir müddət sonra Milad bayramı münasibətilə ailəmlə görüşdüm. Banka getmək zərurəti yarandı. Həmin adamı gördüm. "Oğlan, məni tanıdın? Sənin ayaqlarını sındırmaq istəyirdim" - dedi. Elə bilirdim, həmin zarafat edirdi. "Yox qardaş. Bunu etmək istəyirdim. İndisə mənim sevimli komandamda oynayırsan". Buna inana bilmirdim. Güldüm və onunla foto çəkdirdik".
Emtv.az