18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Röyadan İradə və Nigara SƏRT SÖZLƏR: “Biriniz ərdəsiz, biriniz bilinmir…”
Əməkdar artist Röya Ayxanla müğənnilər İradə İbrahimova və Nigar Camal qalmaqalı yenidən alovlanıb.
Emtv.az xəbər verir ki, yerli mətbuata açıqlama verən Röya Ayxan "Altın Kelebek"də pərdəarxası yaşananları danışıb. Hirsini Nigarın gizlinlərini açmaqla soyudan Röya hadisənin necə baş verdiyini deyib:
"Nihat Odabaşı ilə Bakıda klip çəkdirəndə Nigarı yığdım ki, gəl üçümüz bir yerdə yemək yeyək. O, əvvəlcə razılaşdı, axşam isə dedi ki, bəs Londona uçmuşam. Mənə qəribə gəldi ki, bu qız niyə belə edir? Mən ondan ötrü ölürdüm, hara gedirdim özümlə daşıyırdım. İnstaqram-da yazdıqları tez-tez başını bağlayıb açmağa öyrəşməkdəndir.
Mənimlə Elnur getməli idi (stilist Elnur Həsənov - red.). Dedi ki, gəlinlərimi qoyub gedə bilmirəm. Mən də elə ürəyə sahibəm ki, hansısa gəlinin ağlamağını qəbul edə bilmərəm. Dedim əşi, həmişəki kimi edəcəm. Bilirdim ki, Nigar Anarı (stilist Anar Ağakişiyev - red.) çoxdan bron edib. Ona axşamdan dedim ki, əgər çatdıra bilsən, məni də sən "make up" edərsən. Bunu da Nigar bilib və Anarı qoymadı. Anara zəng vurdum ki, həyəcan keçirmə, bilirəm ki, səni Nigar qoymur. Normaldır, o, səni gətirib".
Röya daha sonra qırmızı xalıda olanlardan danışıb:
"Birinci Nəsiblə salamlaşmışdım. Bunları gözlədim ki, gəlsinlər bir gedək. Mən çox səy qızam. Sən demə, Nigar istəyirmiş ki, mən keçim sonra onlar gəlsin. Anar əlini atıb məni çağıranda başladı qışqırmağa ki, "Bunu niyə çağırmısan?". "Bunu" sənsən e! Avroviziya Eldarın şansı idi, "quş" Nigarın başına qondu. İndi Avroviziyaya gedib gəlmisən deyə özünü nə zənn etdin ki, mənə "bu" sözünü deyəsən? Səhnəyə çıxanda əlimi atdım, mənə arxasını çevirdi. Arxası da "yapışdırılma"dır. Sona qədər Nigar udacaq deyə düşünürdüm. Qalib gəlməyim haqda düşünməmişdim. Yoxsa, Nigar kimi anamla gələrdim. Bütün sevgililərimin də hamısını ora yığardım".
Əməkdar artist İradə İbrahimova haqqında da sərt açıqlamalar verib:
"Yenə də iki uşağı var deyə keçirəm. Desəm, ailəsi gəlib sürüyüb evinə aparacaq. Getsinlər evlərində otursunlar. Onsuz da, itirdiyimi itirmişəm. İslanmışın yağışdan nə qorxusu? Amma sizin qorxunuz var. Biriniz ərdəsiniz, biriniz də bilinmir hardasınız".
Emtv.az