SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Gördüm ki, qaytarıb, altını batırıb"- 20 gün sonra üstü açılan müəmmalı qətlin TƏFƏRRÜATI

27-11-2017, 11:45 | Oxunub: 9 027 |

"Gördüm ki, qaytarıb, altını batırıb"- 20 gün sonra üstü açılan müəmmalı qətlin TƏFƏRRÜATI

Yeyib-içdikdən sonra tanışının başında butulka sındırmaqla onun ölümünə səbəb olmaqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Xəsarət alan şəxs 3 gün sonra dünyasını dəyişib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs 20 gün sonra saxlanılıb.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sərxan İsmayılovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Tamella Nəsrulayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, S.İsmayılov həmkəndlisi mərhum Əzizli Əlihüseynlə birlikdə Xaçmaz rayonunda "Fəhlə" kafesində yeyib-içiblər. İçki qəbul etdikdən sonra mübahisə ediblər. Tərəflər bir-birini söydükdən sonra S.İsmayılov masada olan araq şüşəsini Əlihüseynin başına vurub.

Əlihüseyn mübahisədən sonra kafeni tərk edib. Ov bıçağı götürərək kafeyə qayıdıb və Sərxanı öldürəcəyini deyib. Kafedə olan digər şəxslər Əlihüseyni sakitləşdirib, evə yola salıblar.

Əlihüseyn evə gedərək uşaqları ilə görüşüb. Daha sonra həyat yoldaşı ilə söhbət edib. Ardınca yataq otağına keçən Əlihüseyn bir neçə dəqiqə yatıb. Daha sonra qışqıraraq həyat yoldaşını çağırıb. Həyat yoldaşı otağa daxil olarkən Əlihüseyn özündə olmayıb və onu tanımayıb. Əllərini döşəməyə çırparaq qışqırmağa başlayıb. Təcili yardım çağırılıb və onu xəstəxanaya çatdırıblar.

Xəstəxanada məlum olub ki, Əlihüseynin beyninə qan sızıb və vəziyyəti ağırdır. Bir neçə gün sonra Əlihüseyn dünyasını dəyişib.

Elan olunmuş ittihamla Sərxan İsmayılov özünü qismən təqsirli bilib.

Məhkəmdə zərərçəkmiş, mərhumun həyat yoldaşı Sevinc Əzizli ifadə verib. O, həyat yoldaşının döyülməsi hadisəsindən xəbərsiz olduğunu deyib.

Söyləyib ki, həyat yoldaşı hər gün evə gələndə onunla və uşaqları ilə danışıb, hal-əhval tutarmış. Amma həmin gün həyat yoldaşı halsız olub.

"Nəsə həmişə olduğu kimi deyildi. Dedi ki, halı yoxdur. Uzanmaq istədiyini dedi. Gedib uzandı. Bir neçə dəqiqə sonra qışqırıb məni çağırdı. Gedəndə gördüm ki, qaytarıb, altını batırıb. Əllərini çarpayıya çırpırdı. Təcili yardım çağırdım. İynə vurdular ki, yatsın.

Səhər gördüm ki, xırıldayır. Təcili yardım yenə çağırdım. Dedilər ki, biz heçnə edə bilmərik. Xəstəxanaya apardıq. Orada da dəqiq bir söz deyən olmadı. Palatada yatırdı. Həkimlərdən biri gəlib, biri gedirdi. İki gün sonra xəstəxanada keçindi".

Sevinc Əzizlinin dediklərindən məlum olub ki, ərinin aldığı xəsarətdən ölməsinin üstü hadisədən 20 gün sonra açılıb.

Zərərçəkmiş qadın deyib ki, əri evə gələrkən başında heç bir xəsarət olmadığından onun vəziyyətinin pis olmasından şübhələnməyib: "Heç bir xəsarəti yox idi. Xəstəxanada rəhmətə gedəndən sonra dəfn edildi. Sonra onun dava etdiyi məlum oldu. Qonşular da, hadisəni görənlər də dedilər ki, Sərxan Əlihüseynin başına butulka ilə vurub. Mən gedib polisə şikayət etdim.

Məsələ araşdırıldı. Meyit çıxarıldı və ekspertiza təyin edildi. Onun başından xəsarət aldığı üzə çıxdı. İndi mən üç uşaqla tək qalmışam. Uşaqlarımın atasının qanını tələb edirəm. 20 gündən sonra Sərxan tutuldu. Sizdən ədalətli qərar çıxarmağınızı xahiş edirəm".

Suallara cavab verən Sevinc Əzizlinin istintaqda başqa bir məqamla bağlı danışdığı da üzə çıxıb. O söyləyib ki, əri evə gələrkən ona "bir nəfəri öldürüb, 19 il yatacam" deyib.

S.Əzizli bu sözləri deyən ərinə əlavə sual vermədiyini və danışmadıqlarını söyləyib.

Daha sonra məhkəmədə Sərxan İsmayılov ifadə verib. O deyib ki, mərhumu cəmi iki dəfə rayondakı kafedə görüb.

D.İsmayılov hadisədən sonra mərhumun həyat yoldaşı ilə qohum olduğunu öyrəndiyini bildirib.

"Bir dəfə mənə yaxınlaşıb telefonunu düzəltməyimi xahiş etdi. Telefondan yaxşı başım çıxır. Dostlar da bunu bilirdi. Xahişləri olanda deyirdilər. Əlihüseyndə bunu eşidib mənə yaxınlaşdı. Telefondakı problemini dedi. Mən də düzəldib verdim. Kənd yeridir, hamı bir birini tanıyır. Sonra mənə dedi ki, nə lazımdırsa mənə qulluq eləsin. Mən də sağ ol dedim"- deyən S.İsmayılov daha sonra hadisə günü yaşananları danışıb.

Onun sözlərinə görə, həmin gün qohumu Faiq zəng edərək onu kafeyə yeyib-içməyə çağırıb:

"Orada Fəqan adlı şəxs də var idi. Onu tanımırdım. Əlihüseyn də həmin məclisdə idi. Söhbət belə başladı ki, kiminsə maşını qəzaya düşüb. Mən söhbəti tam bilmirdim. O söhbətlə bağlı Əlihüseyn başladı söyüş söyməyə. Kimisə söyürdü. Süfrədə olan hamı dedi ki, söyüş söyməsin. Mən də dedim ki, çörək yeyirik. Bir neçə dəfə söyüş söydü. Mənə dedi ki, "səni bu məclisə kim dəvət edib?". Dedim ki, qardaşlar çağırıb gəlmişəm. Başladı məni də söyməyə. Sonra orada olanlar araya girdi. Onu sakitləşdirdilər. Bir az sonra aralaşdırıb apardılar. Bir də gördüm ki, Əlihüseyn əlində bıçaqla mən tərəfə gəlir. Deyirdi ki, vurub öldürəcəm səni.

Uşaqlar sakitləşdirdi. Mən onun başına araq butulkasını vurmamışam. Sadəcə butulkanı atıb dedim ki, "buna görə söyüş söyürsən?". Buna görə özümü qismən təqsirli bilirəm. Orada olanlar Əlihüseyni sakitləşdirdi, mən də çıxıb evə getdim. Səhər də işə. Ramal da orada idi. O dedi ki, Əlihüseyn mənim yeznəmdir. Bəsdir söyüş söyürsən".

S.İsmayılov ifadəsində mərhumu öldürmədiyini, belə bir niyyətinin olmadığını söyləyib.

Təqsirləndirilən şəxs suallara cavabında mərhumla aralarında namusla bağlı söyüş olmadığını, bir-birilərinin ünvanına xanımları ilə bağlı nalayiq ifadələr işlədilmədiyini qeyd edib.

İş üzrə şahidlər növbəti məhkəmədə ifadə verəcək.

Qeyd edək ki. Sərxan İsmayılov Özbəkistanda doğulub. Bir yaşında övladı var. Orta təhsillidir, rayonda fəhləlik edib.

Hadisə bu il Xaçmazda baş verib. Ə.Əzizli xəstəxanaya yerləşdirilib. 3 gün sonra isə dünyasını dəyişib.

Qeyd edək ki, Sərxan İsmayılova Cinauət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərbə vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR