SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Quli”nin yenidən həbs edilməsi real deyil” – Vəkildən açıqlama

19-12-2017, 13:12 | Oxunub: 8 576 |

“Quli”nin yenidən həbs edilməsi real deyil” – Vəkildən açıqlama

“Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun beynəlxalq axtarışa verilməsi günün əsas mövzularından biri oldu.

Rusiyanın “Rosbalt” agentliyi hüquq-mühafizə orqanlarına istinad edərək xəbər verib ki, N.Səlifov Moskvada adam oğurluğu və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir.

O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunur. İşin bununla yekunlaşmayacağı barədə də xüsusi eyhamlar var. Eyni mənbə bildirib ki, “Lotu Quli”yə qarşı daha bir ağır maddə (mütəşəkkil cinayətkar qruplaşmanın yaradılması) üzrə ittiham elan ediləcək.

Bəs bu ittihamların elan edilməsi üçün istintaqın əlində hansı əsaslar var, bu cinayət işinin başlanmasını zəruri edən amillər hansılardı? Məsələnin bu tərəfi ilə bağlı, hələ ki, heç bir rəsmi cavab yoxdur. Lakin yayılan ilkin məlumatlarda qeyd edilir ki, artıq istintaq tərəfi Səlifovun barəsində qiyabi həbs qərarının çıxarılması üçün Moskvanın Presnensk rayon məhkəməsi qarşısında vəsatət qaldırıb. Və bu vəsatət təmin olunub. O, beynəlxalq axtarışa verilib. İkinci maraqlı məqam da elə bu hissə ilə bağlıdır. Beynəlxalq axtarışı həyata keçirən orqanın – İnterpolun rəsmi internet səhifəsində Gürcüstan vətəndaşı olan Nadir Səlifov barəsində heç bir qeyd tapmadıq. Doğrudur, Səlifovun adının orada olmaması onun axtarışa verilməməsinin tam sübutu deyil. Lakin bu fakt ehtimalları xeyli gücləndirir.

Avropa.info xəbər verir ki, lent.az ortaya çıxan bu suallara uzun müddət Nadir Səlifovun vəkili olmuş Kamandar Nəsibovdan cavab almağa çalışıb. Onların hazırda da münasibətlərinin yaxşı olduğu qeyd edilir.

Vəkil deyir ki, bu iş tamamilə quramadır: “Onun hazırda axtarışa verilib yenidən həbs edilməsi real deyil. Hətta inanın ki, onun axtarışı ilə bağlı İnterpolun rəsmi səhifəsində xüsusi qeyd olsaydı belə, bu, nəticəsiz bir məsələdir”.

Maraqlıdır, Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi kimi ciddi qurumun belə bir addımı atmaqda məqsədi nə ola bilər?

Vəkilin sözlərinə görə, Rusiyanın müvafiq qurumlarının bu cür hərəkətləri İnterpolun özündə də normal qarşılanmır: “”Quli”nin hər hansı cinayəti haqda onlarda sübut yoxdur. Bu, yalnız İstintaq Komitəsinin istəyi ola bilər. İstək isə hələ hər şey demək deyil. Fikrimcə, bu xəbərin yayılmasında məqsəd onun kriminal aləmdə artan nüfuzu ilə bağlıdır”.

Başqa bir məqam. Mövcud prosessual qaydalara görə, cinayət işi açılırsa, əvvəlcə cinayətdə şübhəli bilinən şəxs dindirilməli, ona rəsmi sorğu göndərilməli idi. Nadir Səlifovun isə son 20 ildən artıq müddəti cəzaçəkmə müəssisəsində keçirdiyini hamı bilir. Bəs istintaq orqanı onun saxlanıldığı cəzaçəkmə müəssisəsinə hər hansı bir sorğu ilə müraciət edibmi?

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR