SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Sərnişin qatarlarında gizli nələr baş verir: həzzin pik həddi və daha nələr - FOTO

18-12-2017, 16:28 | Oxunub: 4 912 |

Sərnişin qatarlarında gizli nələr baş verir: həzzin pik həddi və daha nələr - FOTO

Qatarla səyahət etmək, relslərin taqqıltısı altında yuxuya dalmaq, sıraya düzülən, sürətlə keçən təbiət təsvirlərini seyr eləmək insana ayrı bir zövq verir. Amma qatarda da münasib şərait ola... Köhnə, istismar müddətini başa vurmuş, antisanitar, təhlükəli qatarda uzaq yol getməyi kim istər?! O da var ki, istəməklə deyil, hansı ölkənin qatarı ilə səyahət edəcəksənsə, şəraitə qatlanmalı olacaqsan. Bəs görəsən, müxtəlif ölkələrin qatarlarında vəziyyət necədir?

Emtv.az bununla bağlı yazını təqdim edir:

Yaponiya

Yaponiya - ən yaxşı yataq-vaqonları ölan ölkə sayılır. Bu baxımdan Avropanı da geridə qoyublar. Səliqəli, rahat, müasir yataqlar sərnişinlərin komfortlu səyahətinə hesablanıb. Bu ölkədə qatarların çoxu ikimərtəbəlidir. Hər kiçik kupe bir-birindən pərdə ilə ayrılır.

Tailand

Tailand - bu ölkənin də qatarları sərnişinlərin rahatlığı üçün nəzərdə tutulub. Hətta II sinif sərnişin qatarları da zövq almaq üçün əlverişlidir.

Çin

Çin - bu ölkədə ucuz qatarlar o qədər ürəkaçan olmasa da, bir az artıq ödəməklə, uzun səfərlərin həzzini çıxarmaq olar. İstəyənlərə ayrıca, hər bir şəraiti olan kupe də təklif olunur.

Kanada

Kanada - təyyarə şəraiti ilə müqayisədə əlbəttə geri qalır. Amma ən əsası sürət qatarlarında mənzərələrdən həzz almaq, pulsuz verilən peçenye və meyvələrdən dadmaq olar.

Hindistan

Hindistan - həə, bax burada relslər də susur... Bu ölkənin qatarlarında səyahət tam bir işgəncədir. Təbii ki, əcnəbilər üçün. Hindlilər özləri bu durumdan o qədər də narazı deyillər. Həm də səyahət edən əcnəbilər şikayət edirlər ki, burada təkcə antisanitariya deyil, oğurluq, əxlaqsızlıq da baş alıb gedir.

MDB ölkələri

MDB ölkələri - keçmiş sovet ölkələrində vəziyyət düzəlib. Çünki vaxtilə bu ölkələrin də qatarlarında səyahət xoşagəlməz idi. Sovet yazıçılarının əsərlərinə bel bağlasaq, "proletar tanışlıqlar" da az olmurdu. Ən azından, indi rahat, təhlükəsiz səyahət etmək mümkündür. Əlbəttə ki, bir çox postsovet ölkələrinin qatarları elə keçmişdə də qalıb. (publika)

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR