17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
SƏRNİŞİN QATARLARINDA YENİ HƏRƏKƏT CƏDVƏLİ
Dekabrın 13-dən sərnişin qatarlarında yeni hərəkət cədvəli tətbiq olunacaq.
"EMTV.az" xəbər verir ki, ADY QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, 2016-cı il üçün sərnişin qatarlarının yeni hərəkət cədvəlinə keçməsi ilə əlaqədar, Azərbaycan Dəmir Yollarında beynəlxalq və yerli istiqamətdə hərəkət edən sərnişin qatarları 13 dekabr 2015-ci ildən etibarən yeni təsdiq olunmuş cədvəl üzrə hərəkət edəcək:
- 55/56 nömrəli Bakı-Moskva-Bakı sürət qatarı həftədə bir dəfə IV günlər;
- 369/370 nömrəli Bakı-Xarkov-Bakı sərnişin qatarı qış mövsümündə 13.12.2015-ci il tarixdən 14.04.2016-cı il tarixədək və 19.10.2016-cı il tarixdən 08.12.2016-cı il tarixədək dörd gündən bir, ayın tarixləri ilə Bakı-Mineralnıye Vodı-Rostov-Valuyki-Topoli-Xarkov marşrutu ilə;
- 449/450 nömrəli Bakı-Xarkov-Bakı sərnişin qatarı yay mövsümündə 23.04.2016-cı il tarixdən 15.10.2016-cı il tarixədək, həftədə iki dəfə II və VI günləri, Bakı-Həştərxan-Volqoqrad-Valuyki-Topoli-Xarkov marşrutu ilə;
- 391/392 nömrəli Bakı-Rostov-Bakı sərnişin qatarı yay mövsümündə 24.04.2016-cı il tarixdən 17.10.2016-cı il tarixədək, dörd gündən bir, ayın tarixləri ilə hərəkət edəcəkdir.
Bundan başqa, texniki səbəblərə görə :
- 55/56 nömrəli Bakı-Moskva-Bakı sürət qatarı Bakıdan 31.12.2015-ci il tarixdə, geriyə Moskvadan 02.01.2016-cı il tarixdə bir reys hərəkətdə olmayacaqdır.
- 369/370 nömrəli Bakı-Xarkov-Bakı sərnişin qatarı 2015-ci ildə axırıncı dəfə dekabr ayının 25-də Bakıdan yola düşəcəkdir, 2016-cı ildə isə birinci dəfə yanvar ayının 9-da Bakıdan yola düşəcək.
Ölkə daxilində hərəkət edən sərnişin qatarları, Bakıdan çıxma və Bakıya çatma vaxtlarında bəzi dəyişiklik edilməklə, öz hərəkət cədvəli üzrə hərəkətdə olacaq.