18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Bakı-2017”nin açılış və bağlanış mərasimlərində elektrik qatarları pulsuz olacaq
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar çoxsaylı idmançıların və qonaqların ölkəyə gəliş-gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı sərnişin stansiyası və avtomobil nəqliyyatı strukturları nəzərdə tutulur.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Emtv.az-a bildirib ki, IV İslam Həmrəyliyi Oyunları zamanı dəmir yolu nəqliyyatının tənzimlənməsi üçün "Azərbaycan Dəmir Yolları" QSC sədrinin əmri ilə Tədbirlər Planı hazırlanıb. Plana əsasən, Oyunların açılış və bağlanış günlərində, həmçinin həmin mərasimlərin təşkili üzrə məşq (sınaq) tədbirləri zamanı saat 18.00-dan saat 01.00-dək bileti olan tamaşaçıların və qonaqların, habelə akkreditasiyadan keçmiş şəxslərin Bakı sərnişin stansiyasından metronun "Koroğlu" stansiyasınadək "KİSS" markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.
Eyni zamanda, Bakı sərnişin stansiyasında və "KİSS" markalı elektrik qatarlarında quraşdırılmış monitorlarda günün müxtəlif saatlarında Azərbaycana və IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan reklam çarxları yayımlanacaq.
Yarışların keçirildiyi müddətdə Bakı sərnişin stansiyasında və "Koroğlu" metro stansiyasında sıxlıq yaranmasının qarşısının alınması məqsədilə sərnişinlərin qarşılanması və yönləndirilməsi, həmçinin Bakı sərnişin stansiyasında məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.
Emtv.az