SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“ABŞ Qarabağ məsələsini həll etməzsə, Rusiya Azərbaycanı…” – Stefan Blank narahatdır

11-12-2017, 14:30 | Oxunub: 6 782 |

“ABŞ Qarabağ məsələsini həll etməzsə, Rusiya Azərbaycanı…” – Stefan Blank narahatdır

ABŞ-ın Qafqazdakı həyati əhəmiyyətli maraqları 1990-cı illərdə olduğu kimidir və dəyişməz qalır. Bu maraqlar ondan ibarətdir ki, region dövlətləri müstəqilliklərini qoruyub saxlasın, öz sərhədləri daxilində real suverenliyə malik olsun, bir-birləri ilə sülh şəraitində yaşasınlar və beynəlxalq iqtisadi bazarlar üçün açıq olsunlar.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu sətirlər Amerika Xarici Siyasət Şurasının baş elmi əməkdaşı, professor Stefan Blankın “The Hill” qəzetində dərc edilmiş məqaləsindəndir.

Müəllif təəsüflə qeyd edir ki, mövcud reallıq bu maraqlardan ciddi fərqlənir. ABŞ-ın regiona dair son vaxtlar yürütdüyü siyasətin qiymətləndirməsi göstərir ki, Vaşinqton Cənubi Qafqaza laqeyddir. Bu laqeydlik isə regionun problemlərinin dərinləşməsinə, meydanın Rusiya üçün daha geniş açılmasına gətirib çıxarır.

Məqalədə bildirilir ki, Rusiya Gürcüstana qarşı müharibə başlatdı, cəzasız şəkildə onun ərazi bütövlüyünə qəsd etdi. Rusiya habelə məqsədli şəkildə Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsini “əbədiləşdirir”, bu münaqişədən Ermənistanda hərbi iştirakını gücləndirmək üçün istifadə edir.

“Moskva öz silahlı qüvvələrindən təkcə Ermənistanı tabeçilikdə saxlamaq üçün deyil, Azərbaycana və Gürcüstana qarşı təhdidlər üçün də istifadə edir. Moskva habelə əhəmiyyətli ölçüdə qeyri-hərbi qüvvələrindən istifadə edərək Azərbaycan və Gürcüstanın siyasi sistemlərini, suverenliyini təhdid altında saxlayır, Ermənistan üzərində iqtisadi hökmranlığa nail olur”-müəllif yazır.

Professor Blank bildirir ki, Ermənistan Rusiyanın girovluğundadır. Çünki ona Qarabağ məsələsində Rusiyanın dəstəyi lazımdır. Bu problem Moskvaya regiona çıxış imkanı verib. Habelə Gürcüstan NATO və Avropa İttifaqına inteqrasiyaya səylər göstərsə də Rusiyanın güclü müqaviməti ilə qarşılaşır.

Stefan Blank yazır ki, Gürcüstan Azərbaycanın sayəsində Rusiyanın energetika şantajına boyun əymədi. Lakin Azərbaycan özü də Rusiyanın Bakıdakı Əliyev administrasiyasına qarşı etnik-dini və siyasi təxribatları, habelə cənubdan İranın təhdidləri altındadır. İranla Rusiyanın Azərbaycana qarşı birgə əməkdaşlığı həmişə mümkündür.

Müəllif Azərbaycanın regionda Rusiyanın asılı olmayan yeganə energetika mənbəyi olduğunu, ancaq demokratiya sarıdan qüsurların da mövcudluğunu qeyd edir. Bildirir ki, ABŞ tərəfdən Bakının davam etməkdə olan demokratikləşmə prosesi ilə bağlı səylər zəifləyib.

“Çünki biz onların ərazi bütövlüyünə, Dağlıq Qarabağ məsələsinin ədalətli həllinə laqeyd olmuşuq. Nə qədər ki, ABŞ və Avropa müharibəyə gəlib çıxmayanadək bu problemə ciddi yanaşmayacaq, Bakının onların demokratiya ilə bağlı tənqidlərinə ciddi yanaşacağı ehtimalı da az olacaq. Biz Dağlıq Qarabağ münaqişəsinə ciddi yanaşmaqla və vasitəçilik səylərini gücləndirməklə təkcə Azərbaycan üzərində təsirlərimizi gücləndirmiş olmayacağıq, eyni zamanda Ermənistanın da Rusiyadan asılılığını azaldacağıq, bununla da dinc, demokratik və liberal Qafqazın əsasını qoymuş olacağıq”-müəllif yazır.

Stefan Blanka görə Xəzərin enerji ehtiyatları Avropaya Rusiyaya alternativ baxımından mühümdür. Bundan əlavə Rusiya generalları və rəsmi şəxsləri dəfələrlə Azərbaycanın müstəqillyini və bütövlüyünü əlindən alıb onu özlərinə tabe etdirmək niyyətləri haqda danışıblar.

“Əgər biz Dağlıq Qarabağ münaqişəsini görməməzlikdən gəlməkdə davam etsək, hansı ki, bu münaqişə yenidən aktivləşmə əlamətləri göstərir, o zaman bu münaqişə daha qızğın müharibəyə çevriləcək və Rusiyanın Azərbaycana qarşı qəti hərbi hərəkətlərinə gətirib çıxaracaq, habelə Rusiyanın Türkiyə, Qara dəniz və Yaxın Şərqdə daha böyük təzyiqlər yaratmasına səbəb olacaq”-professor Blank yazır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR