17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bu ərazilərdə ev tikməyin: Nazirlikdən XƏBƏRDARLIQ
Qurunt sularının mövcud olduğu ərazilərdə fərdi yaşayış evi tikmək sonradan bir sıra problemlərin ortaya çıxmasına səbəb olur. Bu baxımdan da vətəndaşlar torpaq sahəsi alarkən belə nüanslara xüsusi diqqət yetirməlidirlər. Milli geoloji kəşfiyyat xidmətinin rəisi Əziz Qaralovun vətəndaşlara bununla bağlı tövsiyyələri var.
Emtv.az xezerxeber.az-a istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əziz Qaralovun sözlərinə görə, qurumun əməkdaşları tərəfindən respublika ərazisində sürüşmə və subasma ərazilərinin atlası hazırlanaraq icra hakimiyyəti orqanlarına verilib.Vətəndaşlar torpaq sahəsi almazdan öncə həmin torpaq sahəsində qurunt sularının mövcud vəziyyəti ilə bağlı məlumatı həm icra hakimiyyəti orqanlarından, həm də Ekologiya və Təbii sərvətlər nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən öyrənə bilərlər.
Yeri gəlmişkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşları paytaxtın bir neçə ərazisində araşdırma aparıblar. Məlum olub ki, Abşeron, Binəqədi və Sabunçu rayonlarının bir neçə ərazisində qurunt sularının səviyyəsi yüksəkdir.
Əziz Qaralovun sözlərinə görə, ərazilərdə qurunt sularının səviyyəsinin qalxmasına əsas səbəb həm atmosfer yağıntılarının normadan artıq olması, həm də ərazilərdə kanalizasiya sisteminin olmamasıdır.
Qurumdan həmçinin o da bildirildi ki, subasan bu ərazilərdə drenaj şəbəkəsinin qurulması vacibdir.
Emtv.az