18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakı və Abşeronda qrunt sularının səviyyəsi qalxıb – Ətraf əraziləri su basıb
Aprel ayında Bakı və Abşeronda su basma proseslərinin dinamikasında aktivlik qeydə alınıb, ərazilərin qrunt suları ilə basılması müşahidə olunub.
Emtv.az-ın məlumatına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov apa-ya deyib ki, Binəqədi I mədən yaşayış sahəsinə düşən atmosfer yağıntılarının təsirindən su basma prosesi aktivləşib.
Onun sözlərinə görə, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərdə atmosfer yağıntıları qrunt sularının səviyyəsinin qalxmasına səbəb olub, nəticədə ərazinin qrunt suları ilə basılması baş verib: “Bundan əlavə, Maştağa – Zabrat subasma sahəsi, Daş Karxanası yaşayış massivi və Qala qəsəbəsində qrunt sularının səviyyəsinin qalxması nəticəsində subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb”.
Ə. Qaralov qeyd edib ki, Zabrat – Məhəmmədi su basma sahəsində gölün səviyyəsinin qrunt suları hesabına qalxması və ətraf ərazilərin su ilə basılması müşahidə olunub.
Emtv.az