18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakının bu hissəsi su altında qala bilər
“Abşeron göllərində, əsasən Zabrat və Məhəmmədi göllərində suyun səviyyəsi azalmayıb. Göllərdən kənara axın olmadığından səviyyə əvvəlki vəziyyətdədir. Subasmalar, evlərin, zirzəmilərin su ilə dolması halları qalmaqdadır”.
Emtv.az xəbər verir ki, bunu apa-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Ekspedisiya rəisi qeyd edib ki, Məhəmmədi gölündə suyun səviyyəsinin sabit saxlanılması üçün mütləq kollektor olmalıdır: “Bu olmasa, göldə suyun səviyyəsi daha da çoxalacaq. Məhəmmədi gölünün suyu hər hansı bir yerə axmır. Gölün qarşısı açıq olmalıdır ki, su getsin. Əksinə, hər gün gölə kanalizasiya suları axıdılır. Hazırda da buxarlanma yoxdur. Əvvəllər göldə suyun səviyyəsi qalxanda su ötürücülərlə vasitəsi ilə dənizə axıdılıb. Buna görə göldə suyun səviyyəsi sabit qalıb. Sonradan isə su ötürücü kanalın ağzı örtülüb, gölün axarı kəsilib, göl də təbii olaraq dolmağa başlayıb”.
Qeyd edək ki, Bakı İstintaq Təcridxanası Məhəmmədi gölünün yaxınlığında yerləşir.
Emtv.az